Kantabrlar - Wikipedia
Kantabrlar (lat. Cantabri) — İspaniyanın şimalında, müasir Kantabriya əyalətində, Asturiyanın şərqində və Kastiliya-Leonun dağlıq rayonlarında məskunlaşmış 11 tayfanın[1] qədim konfederasiyası.
Haqqında
redaktəStrabonun məlumatına əsasən kantabrlar əvvəllər luzitanlar (Hind-Avropa xalqlarına aiddir) adlanırdı, Qay Yuli Sezarın məlumatına görə isə onlar yerli mənşəli xalq idi. [2].
Kantabrlar məğlubedilməz və azad dağlılar kimi şöhrət qazanmışlar. Onlar uzun müddət romalıların hücumlarını dəf etməyə müvəffəq oldular. İlk dəfə Roma respublikasının orduları kantabrlara e.ə.150-ci ildə hücum etmişlər.
Sezar özünün "Qall müharibələri haqqında qeydlər" əsərində göstərir ki, Roma sərkərdəsi Krass "qohum tayfalar" olan kantabrların və akvitanların birləşmiş qüvvələri üzərində qələbə qazandı. Bu əsərdə Sezarın kantabrlarla akvitanları "qohum tayfalar" adlandırması kantabrların keltiber tayfalarına aid olması barədə Qərbi Avropa tarixçiləri arasında geniş yayılmış fikri şübhə altına alır.
Tədqiqatçıların əksəriyyətinin fikrinə görə "kantabrlar" sözü liqur mənşəli olub, "dağlılar" deməkdir. Tantabr tayfalarının adları və onların adət-ənənələri də qonşu keltiberdən xeyli fərqlənir.
Kantabrların müqavimətinə yalnız kantabriya müharibələrində (e.ə.29 - e.ə.19) şəxsən iştirak edən Roma sərkərdələri Aqrippa və Oktavian Avqust son qoya bildilər, nəticədə kantabrların və onların müttəfiqi olan asturların bir hissəsi məhv edildi.[3]. E.ə.25-ci ildə kantabrlara qarşı müharibələrdə hərbi tribun vəzifəsində vuruşan Romanın gələcək imperatoru Tiberi ilk döyüş təcrübəsini məhz bu döyüşlərdə almışdır.[4].
Kantabriya müharibələrindən sonra kantabrların ərazisi məhdud muxtariyyət hüququna malik olan Tarrakon İspaniyası əyalətinin tərkibinə daxil edildi. Kantabrlar qərb qonşuları olan asturlar kimi rekrut toplanışı əsasında Roma imperiyasının köməkçi hərbi hissələrində xidmət etməli idilər.
Əsas məşğuliyyəti əkinçilik olan yerli əhalinin işğalçılar tərəfindən romalaşdırılması cəhdləri baş tutmadı, əhalinin tam romalaşdırılması prosesi yalnız ərəblərin İspaniya yarımadasına hücümündan sonra başa çatdı.
Mənbə
redaktə- http://historylib.org/historybooks/TSirkin-YU--B-_Istoriya-Drevney-Ispanii/ СПб. 2011
- Venceslas Kruta.| Les Celtes, Histoire et Dictionnaire, Des Origines à la romanisation et au christianisme. Parıs,2000
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Kruta - tayfaların adları - (latın transkripsiyası ilə): Avarigines, Blendii (или Plentusii), Camarici, Concani, Coniaci, Moroecani, Noegi, Orgenomesci, Salaeni, Vadinienses и Velliques.
- ↑ Страбон. География. t.III,
- ↑ Гай Светоний Транквилл. Жизнь двенадцати цезарей. Август, 21.
- ↑ Гай Светоний Транквилл. Жизнь двенадцати цезарей. Тиберий, 9.