Kanserogen - Wikipedia
Kanserogenlər (lat. cancer, q.yun. γεννάω sözlərindən götürülmüş doğuş və xərçəng mənalarını verir) insan və ya heyvan orqanizminə təsir edərək bədxassəli şişlərin yaranma ehtimalını artıran ətraf mühit amilləridir. Bu amillər kimyəvi, fiziki (ionlaşdırıcı şüalanma, ultrabənövşəyi şüalar), bəzən də bioloji (onkogen viruslar, bəzi bakteriyalar) xarakterli ola bilirlər. Onkoloqlar təsdiqləmişdirlər ki, insanda rast gəlinən xərçəng formalarının 80–90%-i belə amillərin təsiri [1] nəticəsində əmələ gəlirlər. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri kanserogenlərin fiziki və ya kimyəvi xassələrinə görə, genetik aparatın somatik hüceyrələrinə nəzarəti həyata keçirən hissələrində dəyişikliklərə və zədələnmələrə səbəb ola bilən maddələrin olduğunu müəyyən etmişdirlər.[1]
Təsnifatı
redaktəÜmumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Tədqiqat Agentliyi kanserogen xüsusiyyətlərinə görə maddələri dörd qrupa ayırd etmişdirlər:[2]
- İnsan üçün kanserogenlər, 120 belə maddə müəyyən edilmişdir.[3]
- Kanserogen olduğu ehtimal olunanlar. Bu maddələrin sayı 82 və 311 arasında dəyişir.
- İnsanlar üçün kanserogen hesab edilməyənlər. Belə maddələrin sayı isə 499-dur.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi Kaprolaktam adlanan [4] maddəni kanserogenliyi sübuta yetirilməyən yeganə maddə olduğunu qeyd etmişdir.[5] 2019-cu ilə qədər maddələr 4 qrupda təsnif olunmuşdurlar. Lakin, sonradan kanserogen olmayan maddələr qrupu siyahıdan çıxarıldı və Kaprolaktam 3-cü qrupa aid edildi.
Kimyəvi kanserogenlər
redaktəKimyəvi kanserogenlər arasında ən çox yayılanlar aşağıdakılardır:
- Nitratlar və nitritlər. Nitritlər bədənə qida ilə daxil olur (onlar dənli bitkilərdə, tərəvəzlərdə və ət məhsullarında olur). Bədənə daxil olan nitratların əsas mənbəyi azot gübrələrindən həddindən artıq istifadə edilərək yetişdirilən tərəvəzlərdir.[6] Qidaların saxlanılması zamanı və ya birbaşa həzm sistemində bəzi nitratlar nitritlərə çevrilirlər. Mədəyə daxil olduqdan sonra nitritlər mədə şirəsinin təsiri altında nitrozaminlərə, yəni uzun müddət kanserogen təsir göstərən maddələrə çevrilə bilirlər.[7][8]
- Qida əlavələri. Bəzi qida əlavələri (məsələn: E123-Amaranth, E121-Citrus red 2) sübut olunmuş kanserogendir və bir çox ölkələrdə, o cümlədən Rusiyada qanunla qadağandır.[9]
- Polisiklik aromatik karbohidrogenlər və onların törəmələri məişət tullantılarının yanması,[10] neft məhsulları və kömürün natamam yanması zamanı əmələ gəlir. Avtomobillərin hərəkəti zamanı yaranan qazlarda, tütün tüstüsünün tərkibində də bu qazlara rast gəlmək olur. Bu maddələrin arasında benzoldan yüzlərlə dəfə təhlükəli olan, həddindən artıq kanserogen maddələr vardır. Siqaret istifadəsi, bitki yağlarının, salonun qızdırılması zamanı da bu maddələr əmələ gəlir.[11]
- Benzpiren – qidaları qızartma, hisə vermə, siqaret çəkmə zamanı əmələ gələn maddələrdir. Tütünçəkmə zamanı da əmələ gələn tüstünün tərkibində bu maddələrin çoxuna rast gəlinir. Həmçinin piroliz məhsulları kömür qatranında və bəzi digər üzvi məhsullarda da vardır.[12]
- Peroksidlər — piylərin çürüməsi zamanı,[13] bitki yağlarını güclü qızardanda, həmçinin bəzi üzvi maddələrin və suyun (hidrogen peroksid) radiolizi zamanı əmələ gəlir.[14]
- Aflatoksinlər ölümcül mikotoksinlərdir (poliketidlərin alt sinfi). Bu toksinləri kif göbələkləri — Aspergillus (Aspergillus) cinsinin bir neçə növünün mikromisetləri, xüsusən də Aspergillus flavus (aflatoksinlərin adı buradan gəlir) və Aspergillus parasiticus tərəfindən istehsal olunur. Bütün bioloji yolla istehsal olunan zəhərlər arasında aflatoksinlər bu günə qədər aşkar edilmiş ən güclü hepatokarsinogenlərdir.[15]
- Dioksinlər məişət tullantılarının yanması zamanı əmələ gələn xlor üzvi birləşmələrdir.[16]
- Vinilxlorid son dərəcə tez alışan və partlayıcı bir maddədir. Onun yanması zamanı zəhərli maddələr meydana gəlir. İnsan orqanizminə kanserogen, mutagen və teratogen təsirlər göstərir.[15][17]
- Benzol zəhərli və kanserogen maddədir. Benzol buxarları bütöv dəriyə nüfuz edə bilir. İnsan orqanizmi uzun müddət aşağı konsentrasiyalarda benzolun təsirinə məruz qalanda çox ciddi nəticələr verir.[18] Bu zaman xroniki benzol zəhərlənməsi leykemiya (qan xərçəngi) və anemiyaya (qanda hemoglobin çatışmazlığı) səbəb olur.[19]
- Formaldehid zəhərlidir və mərkəzi sinir sisteminə güclü mənfi təsir göstərir. Formaldehid GN 1.1.725–98 kanserogen maddələrin siyahısında "ehtimal ki, insanlar üçün kanserogendir" bölməsinə daxil edilmişdir.[20][21][22]
- Kadmium kumulyativ zəhərdir (orqanizmdə sağlamlıq üçün təhlükəli miqdarda toplana bilər).[23] Bir çox kadmium[24] birləşmələri zəhərli hesab edilirlər.[25]
- Arsen zəhərli və kanserogen maddədir.[15] Bütün qeyri-üzvi arsen birləşmələri də zəhərlidirlər (arsenobetain istisna olmaqla).[26]
- Altıvalentli xrom inhalyasiya zamanı kanserogen təsir göstərir.[27]
- Nikel və bir çox nikel birləşmələri zəhərli, kanserogen, allergen, mutagenlər və ümumi toksikliyə malikdirlər.[28]
- Asbest kanserogenlər arasında xüsusi bir yer tutur.[29] Onu, bir qayda olaraq, kimyəvi cəhətdən aktiv maddə olan kimyəvi kanserogen kimi təsnif etmək çətindir.[15] Asbestin kanserogenliyi, əksinə, canlı orqanizmin bu maddənin mikroskopik, kimyəvi cəhətdən son dərəcə təsirsiz hissəciklərindən xilas ola bilməməsi ilə ifadə edilir.
Kimyəvi kanserogenlərin təsir mexanizmi
redaktəKimyəvi kanserogenlərin əksəriyyəti üzvi maddələrdir. Çox az sayda qeyri-üzvi birləşmələr bu qabiliyyətə malik olurlar. Millerin fikrincə, bütün kanserogenlər, bu və ya digər dərəcədə, nuklein turşularının azot əsaslarının nukleofil qrupları ilə, xüsusən də DNT ilə asanlıqla qarşılıqlı əlaqədə olan və onlarla güclü kovalent bağlar yaradan elektrofillərdir.[30] Kanserogenlərin mənfi təsirləri nuklein turşusunun kimyəvi modifikasiyasında özünü göstərir. Belə bir modifikasiyanın nəticələri düzgün transkripsiya və DNT replikasiyası proseslərinin qeyri-mümkünlüyündə özünü göstərir. Bunun səbəbi ona kovalent olaraq bağlanmış DNT əlavələrinin meydana gəlməsidir. Məsələn, nukleotidləri kanserogenlə əlaqəli olan, dəyişdirilmiş DNT-nin replikasiyası zamanı DNT polimeraza tərəfindən səhv oxuna bilir və nəticədə mutasiyalar baş verir. Genomda çoxlu sayda mutasiyaların toplanması, normal hüceyrənin kanserogenezin əsasını təşkil edən şiş hüceyrəsinə çevrilməsinə gətirib çıxarır.
Kimyəvi kanserogenləri iki böyük qrupa bölmək olar:
- Genotoksiklər
- Qeyri-genotoksiklər
Genotoksik kanserogenlər kimyəvi birləşmələrdir, DNT komponentləri ilə qarşılıqlı əlaqədə olduqda hüceyrə genomunun zədələnməsinə və mutasiyaya səbəb olurlar. Mutasiyalar, öz növbəsində, hüceyrə transformasiya proseslərinə, yəni şiş hüceyrələrinin meydana gəlməsinə səbəb olurlar.
Qeyri-genotoksik kanserogenlər yalnız yüksək konsentrasiyalarda, çox uzun və demək olar ki, davamlı məruz qalma ilə genomun zədələnməsinə səbəb ola bilən kimyəvi maddələrdir. Onlar nəzarətsiz hüceyrə proliferasiyasına səbəb olur, apoptozu maneə törədir və hüceyrələr arasında qarşılıqlı əlaqəni pozurlar (hüceyrə yapışması). Qeyri-genotoksik kanserogenlərin əksəriyyəti kanserogenezin təşviqatçılarıdır, məsələn: orqanik xlor pestisidləri, hormonlar, lifli materiallar, asbest və s.
Fəaliyyət üsuluna görə genotoksik kanserogenlər aşağıdakı növlərə bölünürlər:
- Birbaşa — DNT ilə birbaşa kovalent əlaqələr əmələ gətirən yüksək reaktivliyə malik maddələr (bunlar alkilləşdirici və asetilləşdirici maddələrdir — N-nitrozil alkil karbamid (NAM), epoksidlər (xüsusilə PAH), etilenimin və onun törəmələri, xloretilamin və s.).
- Dolayı — DNT-nin nukleofil qrupları (PAH və onların törəmələri) ilə qarşılıqlı əlaqədə ola bilən, yüksək aktivlikdə elektrofilik metabolitlərin əmələ gəlməsi ilə baş verən, yalnız fermentativ aktivləşmədən sonra DNT ilə kovalent əlaqələr yaradan az aktiv maddələrdir.
-
Metilxolantren güclü kanserogendir, insan orqanizmində xolesterin mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Prostatın adenokarsinomasına səbəb olur.
-
Etilen oksidi DNT molekulunun nukleofil qruplarına güclü alkilləşdirici təsir göstərir və mutasiyaya səbəb olur.
-
Vinil xlorid zəhərli və kanserogen bir maddədir. Qaraciyərə (angiosarkomaya səbəb olur), ağciyərlərə, mərkəzi sinir sisteminə, hematopoetik sistemə və immun sisteminə təsir göstərir.
-
Dimetilnitrosamin mədə xərçənginə, hepatoselüler karsinomaya [33] və qaraciyərin zədələnməsinə səbəb olan, yüksək zəhərli (bütün məməlilər üçün) və ən çox yayılmış nitrozaminlərdən biridir.
-
2,3,7,8-Tetraxloridbenzodioxin antropogen mənşəli, zəhərli birləşmələrdən biridir.[34] Güclü kanserogenliyə, mutagenə, teratogenliyə malikdir. Hematopoetik, endokrin, reproduktiv sistemin və immunosupressantların fəaliyyətini azaldır. Qaraciyərin, qanın və döşün bədxassəli yenitörəmələrinə səbəb olur.
-
Etanol və ya etil spirti kanserogen və mutagen xüsusiyyətlərə malikdir (yüksək konsentrasiyalarda).[35] Narkotik maddə hesab edilir və mərkəzi sinir sisteminin fəaliyyətini pozur. Tərkibində yüksək konsentrasiyalarda etanol olan spirtin xroniki istifadəsi mədə-bağırsaq traktının, qan sisteminin, sinir sisteminin və beynin bədxassəli xəstəlikləri riskini artırır.
Fiziki kanserogenlər
redaktəƏn məşhur fiziki kanserogen ionlaşdırıcı radiasiya (α, β, γ radiasiya, rentgen şüaları, neytron şüaları, proton radiasiyası, klaster radioaktivliyi, ion axını, parçalanma fraqmentləri) hesab olunur. Lakin bu şüalardan xərçəngin müalicəsində də istifadə olunur. Ultrabənövşəyi şüalanma dəri tərəfindən tamamilə udulur və buna görə də yalnız dəri xərçənginə (melanoma daxil olmaqla) və bəzi bədxassəli göz şişlərinə səbəb ola bilər. Bundan əlavə, bədənə sərbəst nüfuz edən ionlaşdırıcı şüalanma bədənin istənilən toxuma və orqanlarının radiogen şişlərinə (yüksək həssaslığa görə hematopoetik), sümük toxumasının bədxassəli yenitörəmələrinə, osteogen sarkomaya və Yuing sarkomasına səbəb ola bilir. Sümük toxumasının bədxassəli yenitörəmələri kimyəvi cəhətdən kalsiuma bənzəyən, stronsium-90 və radium-226 kimi bir sıra qələvi torpaq metallarına aid olan radionuklidlərdən əmələ gəlirlər.
İonlaşdırıcı radiasiyaya məruz qalma demək olar ki, bütün növ bədxassəli neoplazmalara səbəb olur. Bu cür istisnalara misal olaraq viruslar, prostat vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi, limfositar leykemiya səbəb olduğu limfoqranulomatoz və digər limfomaları göstərmək olar. Bəzi şişlər osteosarkoma kimi əsasən radiogen etiologiyaya malikdir.
Bioloji kanserogenlər
redaktəKanserogenezdə bioloji faktorların rolu kimyəvi və fiziki amillərin rolu qədər böyük olmasa da, bəzi bədxassəli şişlərin yaranmasına səbəb olurlar.[1] Beləliklə, Asiya və Afrikada ilkin hepatosellular xərçəngi hallarının 25% -ə qədəri hepatit B virusu ilə yoluxma ilə əlaqədardır. Hər il təxminən 300.000 uşaqlıq boynu xərçəngi və penis xərçənginin əhəmiyyətli bir hissəsi cinsi yolla ötürülən papillomaviruslarla əlaqələndirilir. Hodgkin lenfoma hallarının təxminən 30–50% -i Epstein-Barr virusu ilə insan orqanizminə daxil olur.[36]
1990-cı illərdə mədə xərçənginin əksər növlərinin Helikobakter pulori bakteriyası ilə yoluxma nəticəsində əmələ gəldiyi irəli sürülmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 3 Черенков, 2010
- ↑ "Agents Classified by the IARC Monographs". International Agency for Research on Cancer (ingilis). 2018-11-09. 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
- ↑ CHLOROPHENOXY HERBICIDES (Group 2B) Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında, International Agency for Research on Cancer (IARC), 1987
- ↑ "Unated States Patens 5315052. Concurrent production of trichloroethane isomers" (pdf) (ingilis). FreePatentsOnline. 1994-05-24. 2011-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2009-10-29.
- ↑ Водовозов, Алексей Валерьевич|Алексей Водовозов. Что опаснее: сигарета или колбаса? Лекция — YouTube platformasında
- ↑ "Vinyl Chloride | Medical Management Guidelines | Toxic Substance Portal | ATSDR". wwwn.cdc.gov. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
- ↑ "Нитраты и Нитриты — что это?". // Сайт prodobavki.com. 2015-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13. (#apostrophe_markup)
- ↑ Галачиев С. М., Макоева Л. М., Джиоев Ф. К., Хаева Л. Х. . Возможности эндогенного образования нитрозаминов в желудочном соке in vitro (PDF) // Известия Самарского научн. центра РАН . 13, № 1 (7). 2011. 1678—1680. 2015-02-13 tarixində arxivləşdirilib (PDF).
- ↑ Myers, Rusty L.; Myers, Richard L. The 100 most important chemical compounds: a reference guide. Westport, Conn: Greenwood Press. 2007. ISBN 0-313-33758-6.
- ↑ "History of PVC" (ingilis). PVC Awareness Project. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-26.
- ↑ name=https://docs.cntd.ru_Polycyclic[ölü keçid] aromatic hydrocarbons
- ↑ name=https://docs.cntd.ru_Бензоапирен
- ↑ name=https://docs.cntd.ru_Карциногенное[ölü keçid] воздействие пероксидов на мелких животных и человека
- ↑ name=https://docs.cntd.ru_Peroxides
- ↑ 1 2 3 4 Куценко С. А. . Основы токсикологии. СПб.: Фолиант. 2004. ISBN 5-93929-092-2.
- ↑ name=https://docs.cntd.ru_Dioxins[ölü keçid]
- ↑ "Хлорпроизводные непредельных алифатических углеводородов". Новый справочник химика и технолога. Радиоактивные вещества. Вредные вещества. Гигиенические нормативы. ChemAnalitica.com. 2012-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-05.
- ↑ "Poly(vinyl chloride)". Polymer science learning center (ingilis). The University of Southern Mississippi, The Department of Polymer Science. 2010-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-27.
- ↑ name=https://docs.cntd.ru_Воздействие[ölü keçid] паров бензола на организм людей
- ↑ "Перечень веществ, продуктов, производственных процессов, бытовых и природных факторов, канцерогенных для человека" Arxiv surəti 16 oktyabr 2011 tarixindən Wayback Machine saytında, Приложение 2 к нормативам ГН 1.1.725–98 от 23 декабря 1998 г. № 32]
- ↑ Bu maddənin heyvanlar üçün kanserogenliyi isə sübut edilmişdir.
- ↑ "Территориальное управление Роспотребнадзора по Тульской области". 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-16.
- ↑ "McDonald's отзывает 12 млн стаканов из-за примесей кадмия". Интерфакс. 2010-06-04. 2010-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-04.
- ↑ name=www.safework.ru_Влияние кадмия на организм человека
- ↑ name=https://docs.cntd.ru_Кадмий[ölü keçid]
- ↑ name=https://docs.cntd.ru_Карциногенное[ölü keçid] воздействие мышьяка на живые организмы
- ↑ "There is sufficient evidence in humans for the carcinogenicity of chromium[VI] compounds as encountered in the chromate production, chromate pigment production and chromium plating industries" // Volume 49: Chromium, Nickel, and Welding (PDF). Lyon: Международное агентство по изучению рака. 5 ноября 1999. ISBN 92-832-1249-5. 2008-12-24 tarixində arxivləşdirilib (PDF).
- ↑ name=https://docs.cntd.ru_Никель[ölü keçid]
- ↑ Нейланд О. Я. Органическая химия: Учеб. для хим. вузов. М.: Высшая школа. 1990. 240. ISBN 5-06-001471-1.
- ↑ Miller E. C. Some current perspectives on chemical carcinogenesis in human and experimental animals: presidential adress. 1978. p. 1479— 1496.
- ↑ Kasper, Dennis L.et al. (2004) Harrison’s Principles of Internal Medicine, 16th ed., McGraw-Hill Professional, p. 618, ISBN 0071402357.
- ↑ Smith, Martyn T. Advances in understanding benzene health effects and susceptibility // Ann Rev Pub Health . 31 (journal) (ingilis). 2010. 133–48. doi:10.1146/annurev.publhealth.012809.103646.
- ↑ name=https://docs.cntd.ru_Диметилнитрозамин[ölü keçid]
- ↑ name=https://docs.cntd.ru_Диоксины[ölü keçid]
- ↑ name=https://docs.cntd.ru_Ethanol[ölü keçid]
- ↑ Gandhi M. K., Tellam J. T., Khanna R. . Epstein-Barr virus-associated Hodgkin's lymphoma // British Journal of Haematology, 2004, 125 (3). — P. 267–281. — DOI:10.1111/j.1365-2141.2004.04902.x. —
Ədəbiyyat
redaktə- Черенков В. Г. . Клиническая онкология. 3-е изд. М.: Медицинская книга. 2010. ISBN 978-5-91894-002-0.
Keçidlər
redaktə- ГН 1.1.725–98 "Перечень веществ, продуктов, производственных процессов, бытовых и природных факторов, канцерогенных для человека" (утратил силу с 28.06.2008)
- СанПиН 1.2.2353–08 "Канцерогенные факторы и основные требования к профилактике канцерогенной опасности" Arxiv surəti 2 iyun 2008 tarixindən Wayback Machine saytında (вступил в действие с 28.06.2008)