Kanev - Wikipedia
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər.
Şəhər | |
Kanev | |
---|---|
Канів | |
49°44′41″ şm. e. 31°27′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1078 |
İlk məlumat | 1078 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 101 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 19000–19009 |
Nəqliyyat kodu | CA, IА / 24 |
Digər | |
kaniv-rada.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMüasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir[2].
Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir[3].
Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Hələ lap 1786-cı ildə bu torpaqlarda gedən Rus-Türk müharibəsinə kimi şəhərdə türk qalası dururdu. Yüz ildən sonra isə qala divarları uçmuş, onu əhatələyən torpaq sədd isə hələ qalmaqda idi[4]. Həmin müharibənin nəticəsi olaraq işğal olunan Kanev 1793-cü ildən Rusiyaya keçmişdir. XIX əsrdə Kanev şəhərində onun əsil sakinlərindən-müsəlman əhalidən yaşayanlar var idi. Öz qələmi ilə insanlar arasında dostluq və qardaşlığa xidmət etmək əvəzinə bu qələmi istila silahı kimi işlədən bir sıra ədəbiyyat adamları tarixən Kanevin türk şəhəri olduğunu etiraf etməkdən başqa çarələri qalmasa da bu şəhərin adını qanla bağlamaqla ("qanlı ev", "qanlı kənd") bununla sülhsevər və zəhmətkeş xalqa iftira atmış olurlar.
Kanev sinəsində öz tarixi keçmişinin izlərini, yadigarlarını bu gün də yaşatmaqdadır: müxtəlif dövrlərə aid qədim abidələr, insan düşərgələri, yaşayış məskənləri, məzarlıqlar, şəhərciklər və s. kimi lal faktlar buradakı bir vaxtlar qaynayan gur həyatdan xəbər verməkdədir.
İstinadlar
redaktə- ↑ http://www.ck.ukrstat.gov.ua/source/arch/2017/chisl_1704.pdf.
- ↑ КГЭ, T.2., M, 1961, c.222
- ↑ Карамзин H. История Государства Российского, M., Рипол-классик, т.4, гл.1.1998
- ↑ ЭС, т.27, с.287