Kanakir - Wikipedia
Kanakir — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.[1]
Kanakir | |
---|---|
40°13′12″ şm. e. 44°32′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə1590-cı ilə aid türkcə mənbədə Kənəkir[2][3], 1728-ci ilə aid mənbədə Kanakir[4][5]
Əhalisi
redaktəXIX əsrin əvvəllərində əhalisi qarışıq kəndlərdəndir. Həmin əsrin əvvəllərində Azərbaycan türkləri sıxışdırılıb çıxarılmışdır. 1886-cı ilə aid məlumatda kəndin əhalisi ermənilər idi. Orta əsr erməni mənbələrində Kanaker kimidir[6]. Türk dillərində kanq "sıldırım" və monqolca qer "düşərgə", ya da türk dillərində kır "alçaq yüksəklik", düzən[7]sözlərindən ibarətdir.
Toponimi
redaktəToponimin "kana" hissəsi XIX əsrdə Dağıstan əyalətinin Teymurxanşura dairəsində Kanaburkənd və Kanabur (dağ adı), Ter əyalətinin Qara Noqay mahalında Kanayqışlaq (kənd adı), Stavropol quberniyasının Acıqulaq dairəsində Kanay-Quyu (kənd adı) toponimlərindəki, "kana" sözü ilə mənaca eynidir. Toponimlərin sonlarında kır, qır sözünün iştirakı səciyyəvi haldır. Türkmənistanda Aqkır, Karakır, Altayda Atkır, Xakasiyada Tastı-Kır və s.[8]
İstinadlar
redaktə- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
- ↑ Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633.
- ↑ Cəlilov F. A. Azərbaycan dilinin morfonologiyası, Bakı, 1988.
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996.
- ↑ Hüseynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S. M. Kirov adına ADU-nun "Elmi əsərləri", 1974, № 8.
- ↑ Симеон Ереванци. Джамбр. Перевод С. С. Малхасянца. М., 1958.
- ↑ Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1984.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Канакир // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.