Kamran Huseynov Dovlet Xadimi - Wikipedia
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı.
Kamran Hüseynov | |
---|---|
Azərbaycan Ticarət və Sənaye Palatasının sədri | |
1980 – 1993 | |
Sonrakı | Süleyman Tatlıyev |
28 fevral 1968 – 24 mart 1980 | |
Sədr | Ənvər Əlixanov Əli İbrahimov |
Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Katibi | |
10 iyun 1961 – 27 fevral 1968 | |
Əvvəlki | Solovyov Nikolayeviç |
Sonrakı | Danilin Qriqoryeviç |
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri | |
9 may 1958 – 9 iyun 1961 | |
Əvvəlki | Şəfiqə Bədəlova |
Sonrakı | Qüdrət Dadaşov |
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi | |
1953 – 1958 | |
Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi | |
1952 – 1953 | |
Azərbaycan Kommunist Partiyası Binəqədi Rayon Komitəsinin birinci katibi | |
1945 – 1947 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 2006 (92 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəKamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.[1]
Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
O, 1967-ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.
Kamran Hüseynov Azərbaycan Respublikasının ali mükafatı — "Şöhrət" ordeni ilə təltif edilmişdir. 11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[2]
Kamran Əsəd oğlu Hüseynov 2006-cı il aprelin 20-də ömrünün 93-cü ilində vəfat etmişdir.
Ailəsi
redaktəHicran Hüseynovanın atasıdır.
İstinadlar
redaktə- ↑ Mədəniyyət TV. "Tanınmış ictimai xadim Kamran Hüseynov tarixin bu günü xatırlanır" (az.). Youtube.com. 19.04.2024. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.