Kamran Imanov - Wikipedia
Kamran Sultan oğlu İmanov (1946) — Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor.
Kamran İmanov | |
---|---|
Vəzifədədir | |
7 may 2018-ci ildən | |
Əvvəlki | vəzifə təsis edildi |
11 sentyabr 2017[1] – 7 may 2018[2] | |
Sonrakı | vəzifə ləğv edildi |
1993 – 16 avqust 2006[3] | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Abutalıb Səmədov |
29 dekabr 2006[4] – 20 noyabr 2008[5] | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Mikayıl Cabbarov |
30 iyul 1993[6] – 15 yanvar 1995[7] | |
Əvvəlki | Vurğun Əyyub |
Sonrakı | Faiq Nağıyev |
15 sentyabr 1992[8] – 30 iyul 1993 | |
Sədr | Vurğun Əyyub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1946 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
|
|
Təltifləri |
|
copat.gov.az |
Həyatı
redaktəKamran İmanov 1946-cı ildə anadan olub.
Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və ali təhsilini tamamladıqdan sonra Azərbaycan Neft-Kimya İnstitutunda baş laborant, baş müəllim, elmi laboratoriya müdiri və Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi Mərkəzinin direktoru vəzifələrində işləmişdir. Tələbəlik illərində beynəlxalq tələbə elmi müsabiqəsinin laureatı adına layiq görülmüşdür. İnşaat və Memarlıq Universitetinin tədris işləri üzrə prorektoru, birinci prorektoru, Azərbaycan universitetləri rektorlar Şurasının katibi, Azərbaycan Respublikası rəhbərliyinin İctimai rəyin öyrənilməsi üzrə Sosioloji tədqiqatlar Mərkəzinin elmi katibi vəzifələrində çalışmışdır.
Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, "Təhsil əlaçısı" medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin "Ən yaxşı elmi tədqiqatlara görə" müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin bir sıra fərmanları ilə təltif edilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test sistemi layihəsinin rəhbəri, həmin Komissiyanın sədri və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilk rəhbəri olmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olmuş, sonradan Azərbaycan Respublikası Prezidentinin 19.11.2008-ci il tarixli 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 07.05.2013-cü il tarixli 2889 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 07.11.2016-cı il tarixli 2417 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04.11.2021-ci il tarixli 2985 nömrəli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11.09.2017-ci il tarixli 3221 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 07.05.2018-ci il tarixli 58 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fəxri Professorudur. Türkiyə, Almaniya, Macarıstan, ABŞ, İsveçrə, Fransa və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. Əqli mülkiyyət, müəllif hüquqlarına aid mövzularla bağlı 110-dan artıq elmi əsərin, erməni plagiatını ifşa edən 40-dan çox kitab və məqalənin, qərar qəbuluna aid 80-dən çox əsərin müəllifidir. Elmi rəhbərliyi altında aspirantlar və magistrlər yetişdirilmişdir.
"Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasının Assambleyasının sədr müavini, sonradan sədri seçilmiş, hazırda isə ÜƏMT-nin "Müəlliflik hüququna dair Müqaviləsi"nin Assambleyasının rəhbəridir. Azərbaycan Respublikasının ÜƏMT-də nümayəndə heyətinin rəhbəri kimi fransız və ingilis dillərində onlarla çıxışlar edib, Azərbaycan Respublikasının Avrasiya Patent Təşkilatının İnzibati Şurasında səlahiyyətli nümayəndəsidir.
Bakı Dövlət Universitetində ilk dəfə olaraq Əqli mülkiyyət hüququ kafedrasının və Əqli Mülkiyyət Agentliyində onun filialının yaradılmasının və əqli mülkiyyət hüququ üzrə ixtisaslaşma aparılmasının təşəbbüskarlarından olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 dekabr 2019-cu il tarixli K-1822 nöməli əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin yubiley medalları ilə təltif edilmişdir.
Bununla yanaşı, 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Dünya elminə və mədəniyyətinə üstün xidmətlərinə görə "Uluslarararası Altın Ulduz" medalına layiq görülmüş, həmin ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Akademik-üzvü seçilmiş, 2015-ci ildə Uluslararası Türk Kültürü Təşkilatının (Türksoy) 20 illiyi münasibətilə "Türksoy" medalı, 2016-cı ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Türk dünyası elminə və mədəniyyətinə üstün xidmətlərinə görə "Atatürk Uluslararası ödülü" ilə təltif edilmişdir.
2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə "Taclı Ulduz" ordeni ilə təltif edilmişdir.
Hazırda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.
Mükafatları
redaktə- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 07.05.2013[9]
- "Şöhrət" Ordeni — 07.11.2016[10]
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 04.11.2021[11]
Kitabları
redaktə- "Армянские ина(о)родные сказки", Bakı, 2008.
- "Erməni (yad)el(li) nağılları", Bakı, "Şərq-Qərb", 2013. (Qafqaz Universiteti nəşri)
İstinadlar
redaktə- ↑ "K.S.İmanovun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
- ↑ "K. S. İmanovun Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsindən azad edilməsi haqqında". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "K.S.İmanovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "K.S.İmanovun Azərbaycan Respublikasının Nazirlər kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında". 2019-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "Azərbaycan Respublikasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "K. S. İmanovun Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "K. S. İmanov haqqında". 2018-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
- ↑ "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 may 2013-cü il tarixli Sərəncamı". 9 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2015.
- ↑ "K.S.İmanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-11.
- ↑ "K.S.İmanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-05.