Kamp De Les Korts - Wikipedia
Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi.
Les Korts | |
---|---|
| |
Tam adı | Kamp de Les Korts |
Açılış tarixi | 20 may, 1922 |
Yenidən qurulma tarixi | 1926 |
Bağlanma tarixi | 1966 |
Sökülmə tarixi | 2 fevral 1966 |
Memar | Santiaqo Mestres Josep Alemani |
Sahibi | Barselona FK |
Tamaşaçı tutumu | 60000 |
Ev sahibi komanda | Barselona FK (1922-1966) |
Meydançanın ölçüləri | 101 m × 62 m |
Ot örtüyü | təbii qazon |
Vikianbarda əlaqəli mediafayllar |
Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun Barselona və Sent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik Bilbao və CE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniya və Avstriya milli komandaları arasında oyun təşkil olunub.
24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib. Les Korts stadionu bağlanıb və Joan Qamber İspaniyadan qovulub.
Stadion Barselona klubunun iki ən uğurlu dövrü ərzində ev stadionu olub. 1920-ci illər ərzində Cek Qrinvellin baş məşqçiliyi və Paulino Alkantara ,Emilio Saqi Linan, Rikardo Samora, Cozep Samiter, Feliks Sesumaqa və Frans Platko kimi oyunçularla klub Katoloniya futbol çempionatında liderlik edirdi və İspaniyada ən yaxşı klublardan biri kimi görünürdü. Antoni Ramallets, Juan Velasko Zambudio, Sesar Rodrigez, Joan Seqarra , Ladislav Kubala, Luis Suarez kimi futbolçuların klubda çıxış etdiyi 1940–1950-ci illər klubun ikinci qızıl dövrü idi.
Stadion 1940-cı illərdən sonra bir neçə dəfə genişləndirilib və tutumu 60000 nəfərə çatıb. Lakin stadionun daha da genişləndirilməsi üçün əlavə yer yox idi və 1950-ci ildə klub yeni stadionun -Kamp Nounun tikintisi üçün plan hazırlamağa başladı.
Xarici keçidlər
redaktə- Stadion və klubun tarixi (ing.)