Kamille Suseni - Wikipedia
Kamille süsəni (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.
Kamille süsəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kamille süsəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür.[1]
Regional IUCN Status: VU D2
Qısa morfoloji təsviri
redaktəÇoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10–25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3–4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4–6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir.[1][2]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Quru, daşlı-çınqıllı yamaclarda bitir. Dekorativ bitkidir[3][4].
Yayılması
redaktəKür düzənliyi (Qazax rayonu, Qazangöl gölü ətrafında), Bozqır yaylasında[3][4][5][6][7][8].
Sayı və tendensiyası
redaktəÇox nadir olan lokalitetlərində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur. Xüsusi yaşayış mühitində tələbkar bitkidir .
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (dekorativ bitki kimi hali tərəfindən intensiv yığılması, otarılma, tapdalanma). Ekoloji və antropogen amillər.
Mühafizə tədbirləri
redaktəYayıldığı ərazilərdə, xüsusi mühafizə tədbirləri aparılmır. Antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.
İstinadlar
redaktə- ↑ 1 2 http://redbook.az/?options=project&id=Kamille%20s%C3%BCs%C9%99ni[ölü keçid]
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ 1 2 2. Флора Азербайджана, 1952;
- ↑ 1 2 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989;
- ↑ 5. Ибадлы О.В. 2005;
- ↑ 6. Əsgərov A. M., 2005;
- ↑ 7. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012;
- ↑ 8. Schtaz G., Shulkina T., Solomon J., 2013;