Kamennie Adalari - Wikipedia
Kamennıe_adaları - Haqqında Məlumat
Kamennıe adaları — Kara dənizində yerləşən və 4 adanı özündə birləşdirən arxipelaq. Adalar Pyasin körfəzində, Sibir sahillərindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Arxipelaqın tərkibinə daxil olan adalar.
- Qərbi Kamennıe adası, dairəvi formalıdır, diametri 8,5 km-dir, ən hündür nöqtəsi — 159 m.
- Şərqi Kamennıe adası, ən iri adasıdır, 17 km uzunluğa və 9 km enə malikdir, ən hündür nöqtəsi — 46 m.
- Rastorquev adası, uzunsov formaya malik olan ada, ən hündür nöqtəsi — 132 m.
- Morjov adası, arxipelaqın ən kiçik adasıdır, diametri 4 km-dir, ən hündür nöqtəsi −80 m.
Kamennıe adaları | |
---|---|
rus. Каменные острова | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
74°07′ şm. e. 82°48′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adalar materikdən Kuroçkin boğazı ilə ayrılır. Materikə ən yaxın ada Morjov adasıdır.
Adada daimi yaşayış olmasada mövsümü balıqçılıq düşərgəsi vardır. Bitki örtüyü tundradır.
Arxipelaq İmperator Elmlər Akademiyasının 1900—1903-cü illərdə Rusiya Qütb Espedisiyası zamanı kəşf edilmişdir.