Kamcatka Bogazi - Wikipedia
Kamçatka_boğazı - Haqqında Məlumat
Kamçatka boğazı — Sakit okeanda yerləşən Berinqa adasını Kamçatka yarımadasından ayırır. Sakit okeanını Berinq dənizi ilə birləşdirir. Uzunluğu 150 km, eni isə 191 km təşkil edir. Ən dərin yeri 4420 m-dir. Sahilləri girintili-çıxıntılıdır, uca və sıldırımlı dağlarla əhatəlidir. Boğazın sahəsi 335,34 km² təşkil edir. Boğazın qərb hissəsində Kamçatka körfəzi yerləşir. Qərb hissədə boğazın orta dərinliyi 3500 m, şərq hissədə (Berinqa adası yaxınlığında) orta dərinlik isə 200 m-dir. Suyun duzluluğu dərinlikdən asılı olaraq 32,4–34,7‰ arası dəyişir. Adına gəldikdə isə Kamçatka yarımadasına yaxınlığı səbəbindən bu cür adlandırılmışdır. Boğazın suları Kamçatka diyarının ərazisinə daxildir.
Kamçatka boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 191 km |
Uzunluğu | 150 km |
Ən böyük dərinliyi | 4420 m |
Yerləşməsi | |
55°39′00″ şm. e. 164°33′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Kamçatka yarımadasını Berinqa adasından |
|
Mənbə
redaktə- Kamçatka boğazında suyun temperaturu Arxivləşdirilib 2008-03-28 at the Wayback Machine