Kamcadallar - Wikipedia
Kamçadallar — ruslara daxil olan etnoqrafik qrup. Şərqi slaviyanlara aiddirlərKamçadallar Kamçatka diyarı, Maqadan vilayəti, Çukotkla ərazilərində yaşayan müasir əhalinin böyük qismi nəzərdə tutulur. Kamçadallar rusların bölgəni istilasından sonra bura köçürülmüş ruslarla yerli şimal xalqlarının qarışığından ibarət bir etnosdurlar. XVIII əsrdə Kamçadallar termini işlədildikdə İtelmenlər nəzərdə tutulurdu[2]
Ümumi sayı | |||
---|---|---|---|
: 1927 (2010-cu il Ümumrusiya əhalinin siyahıya alınması)[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Qohum xalqlar | |||
Buda əbəs yerə deyildir. Kamçadalların kamçadalların mədəniyyətinə İtelmenlərin təsiri daha çox olmuşdur. Ancaq az miqdarda olsa belə onların mədəniyyətində koryaklar, çuvaşların təsiridə danılmazdır. Kamçadalların formalaşmasında xristianlıq mühüm rol oynamışdır. Belə ki yerli əhalinin xristianlığı qəbul etməsi ilə yerli adətlərdən uzaqlaşmış, öz övladlarına rus adları qoymuşlar. Bununlada qarışıq mədəniyyətlərin fomalaşması mümkün olmuşdur. Kamçadalların ana dili rus dilidir[3]. Səyyah Stepan Petroviç Kraşeninikov əsərində lokal dialektiv qrupları qeydə almışdır: Kşaqji, Kıxçeren - Jupankova və Nemtik çayları arasıadakı ərazidə; Çupaju və yaburin — Yuxarı kamçatka ərazilərindən Jupakova çayına qədər; Linqurin — Hemtik və Beloqolovoy çayları arasında; Kuleslər — Beloqolovoy çayından şimalda.
Bölgədə daimi rus əhalisi 1750-ci ildən etibarən meydana gəlmişdir. Bölgəyə gələn ruslarla itelmenlər və degər şimal xalqları qarışmış və qarışıq mədəniyyətə malik etnos formalaşmışdır. XX əsrin əvvəllərində Rus-İtelmen qarışığından ibarət olan 3600 Kamçadal yaşayırdı.Ümini dil olaraq isə rus dili istifadə edilirdi[4]. Kamçadalların həyatına digər etnosların təsiri danılmaz olsa da, balıqçılıq, odlu silahla ov, bağça təsərrüfatı və südçülük istiqamətli maldarlıq onların rus kökənli xüsusiyyətlərini qoruyub saxlamasını göstərir. Sovet döpnəmində isə onlar bu sahəli kolxoz və sovxozlara cəlb olunmuşlar.
Kamçadalların rusiyanın rayon və şəhərlərində sayı
redaktə1926-cı ildə kamçadalların ümumi sayı 3704 nəfər olmuşdur. 1994-cü ildə isə Kamçadalların sayı 9 min olaraq qiymətləndirilidi. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən Rusiya ərazisində 2293 kamçadal[5] yaşayır.
2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən Kamçatka ərazisində Kamşadalların sayı ümumi əhalinin 5 % keçmir[6]:
Klyuçi qəsəbəsi - 472 nəf.
Milkovo kəndi - 388 nəf.
Petropavlovsk-Kamçatski şəhəri - 216 nəf.
Ust-Kamçatsk - 182 nəf.
Kamçadalların Rusiyanın şəhər və rayonlarında say faizi:
İnzibati rayon, şəhər dairəsi | Rusiya FEderasiyasının subyektləri | % Kamçadallar |
Mulkovski rayonu | Kamçatka | 8,8 |
Maqadan vilayətinin Oxot dənizi sahillərində Ola, Qijika, Yamsk, Tauysk, Arman və s. kəndlərində də yaşayırlar özlərini Kamçadal adlandırırlar
İstinadlar
redaktə- ↑ 1 2 3 "Всероссийская перепись населения 2010 года" (PDF). 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-24.
- ↑ Ительмены. // Большая Советская энциклопедия, 1953 г. том 19, стр. 552
- ↑ "КАМЧАДАЛЫ". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ "Şimalın köklü xalqları, Kamçadallar". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.
- ↑ Постановление Правительства Российской Федерации от 24 марта 2000 года № 255 «О едином перечне коренных малочисленных народов Российской Федерации» Arxivləşdirilib 2014-09-10 at the Wayback Machine
- ↑ http://std.gmcrosstata.ru/webapi/opendatabase?id=vpn2002_pert Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine База микроданных Всероссийской переписи населения 2002 года
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Народы России: живописный альбом, Санкт-Петербург, типография Товарищества "Общественная Польза", 3 декабря 1877, ст. 527
- Хаховская Л. Н. Камчадалы Магаданской области (история, культура, идентификация). Магадан, 2003
- В. С. Пикуль "Богатство".