Kalder - Wikipedia
Kaldera (isp. Caldera; "yemək qazanı"[1]) və ya kalder[2] — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur.
Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir.
Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera.
Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Daha iri kaldera iqnimbrit püskürməsi zamanı əmələ gəlir.
İstinadlar
redaktə- ↑ Cole, J; Milner, D; Spinks, K. "Calderas and caldera structures: a review". Earth-Science Reviews. 69 (1–2). February 2005: 1–26. Bibcode:2005ESRv...69....1C. doi:10.1016/j.earscirev.2004.06.004.
- ↑ Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 309. ISBN 978-9952-523-37-9.
kalder (geol.)
Ədəbiyyat
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.