Kakutsa Colokasvili - Wikipedia
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, 14 iyul 1888 – 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir.
Kakutsa Çolokaşvili | |
---|---|
gürc. ქაქუცა ჩოლოყაშვილი | |
Doğum tarixi | 14 iyul 1888 |
Vəfat tarixi | 27 iyun 1930 (41 yaşında) |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | zabit |
Vikianbarda əlaqəli mediafayllar |
Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi.[1]
Həyatının erkən dövrü
redaktəKakutsa Çolakaşvili şərqi Gürcüstanın kaxetiya əyalətindəki Matanidəki ailə mülkündə aristokrat Oseb Çolokaşvili ailəsində anadan olmuşdur. O dövrki rus idarələrində soyadı Çelokayev deyə yazılmışdır. Təhsilini gimnaziyada almışdır. 1909-cu ildə rus ordusuna qatılmışdır. Tver Draqon alayında xidmət etmiş və 1912-ci ildə podporuçik rütbəsi ilə Gürcüstana geri dönmüşdür.[2]
1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Çolakaşvili xidmətə çağırıldı və Avstriya-Macarıstan cəbhəsində süvari bölüyünə komandanlıq etməyə başladı. Müharibə zamanı yaralandı və Qafqaz cəbhəsinə transfer edildi. 1914-cü ilin dekabr ayında Sarıqamiş döyüşündə general Vasili Qabaşvili komandanlığındakı süvari alayında xidmət etdi. Bu döyüş zamanı Qartal yuvası adı verilən istehkamı ələ keçirib müdafiə etdi. Elə bununla da məşhurlaşdı. Döyüşdə ağır yaralandı və göstərdiyi şücaətə görə 1916-cı ildə Qızıl Qılınc ilə mükafatlandırıldı. Tiflisdəki Müqəddəs Nino xəstəxanasında müalicə aldıqdan sonra general Baratovun 1915–1917-ci il səfərinin bir hissəsi olaraq İrana yürüş etdi. O, bu yürüş zamanı yenicə yaradılan Gürcü Süvari Legionunda xidmət etdi. Qısa müddət sonra podpolkovnik rütbəsinə yüksəldildi.[3]
Müstəqil Gürcüstan
redaktə1917-ci il inqilabından sonra Çolokaşvili Gürcüstana geri döndü və Gürcüstanın müstəqillik hərəkatına daxil oldu. Gürcüstan Milli Demokratik Partiyasına qatıldı və 1918-ci ilin əvvəllərində milli süvari bölmələrin təşkilatlandırılmasına kömək etdi. Gürcüstan 1918-ci ilin may ayında müstəqilliyini elan etdikdən sonra Çolokaşvili polkovnik Georgi Himşiaşvili komandanlığındakı Gürcüstan Xalq Mühafizəçiləri Süvari tümənində bir bölüyün komandanı oldu. Bu bölmə ilə o, Ermənistanla (dekabr 1918 — yanvar 1919), Ağ qvardiyaçı ruslarla (fevral-oktyabr 1919), Qoridəki bolşevik üsyançılara (noyabr-dekabr 1919) və Batumdakı (fevral-mart 1920) hərbi həərəkatlara qoşuldu. 1920-ci ilin aprelində Çolokaşvili və bir neçə məmur həmkarlarının ittiham edilməsinə və haqsız yerə işdən çıxarılmalarına etiraz etdiklərinə görə vəzifələrindən azad edildilər.
Sovet ordusu 1921-ci ilin fevralında Gürcüstanı işğal etdiyində Çolokaşvili hələ orduya dönüşünü fikirləşirdi. General David Çavçavadzeni gürcü süvariləri üçün könüllülər toplamaq üçün qərbi Gürcüstana olan səfərdə müşayiət etdi. İki süvari alayı qurub meydana çıxdıqda Tiflis əldən çıxmış və Gürcüstanda sovet respublikası elan edilmişdi. 1921-ci ilin mart ayında gürcü hökuməti və hərbi rəhbərliyi sürgün üçün Avropaya qaçdı, Çolokaşvili isə Gürcüstanda qaldı.
Partizan lider
redaktəSovetlər Gürcüstanda güclərini yerləşdirmək cəhdləri için təzyiq edərkən yeraltı müxalifət hərəkatı meydana çıxdı. 1922-ci ilin fevralında Çolokaşvili Sovet təhlükəsizlik agentləri tərəfindən vətəni Kaxetiyada Sığnağidə əks-inqilabı fəaliyyət ittihamları ilə əhəbs edildi., lakin o, qaçdı və dağlıq Pankisi vilayətinə getdi və orada Band olaraq bilinən qrup formalaşdırdı. Üsyankar Xevsur dağlılarına qatıldı. Bolşeviklər üsyanı yatırmaq üçün hava qüvələri və topdan istifadə etdi. Çeçenistana da gedən Çolokaşvili iki il müqavimət göstərdi. Sovet gizli polislərinə qarşı həyatakeçirdiyi intiqam hücumları onu xalq qəhrəmanı etdi.[4]
Xarici diplomatlar "Çelokayev məsələsi"nin bolşevik hərbi liderləri üçün böyük problem meydana çıxardığını bildirirdilər.[5] Sovet hakimiyyət nümayəndələri və tarixçiləri bu hərəkata "siyasi quldurluq" adını vermişdi. Rus tarixçisi Trifonov 1976-cı ildə gürcü üsyanı barədə etdiyi araşdırmada "ən çox saylı və təhlükəli qrup Çelokayevinki idi. 1922-ci ilin payızında təxminə 500 nəfərdən ibarət idi", — deyə qeyd etmişdi.[6]
1924-cü ilin avqustunda Gürcüstandakı daha böyük antisovet üsyana qatılmaq üçün sığınacağından bir kəs daha ayrıldı.[7] Gürcüstanın şərqində fəaliyyət göstərən ən böyük üsyançı birliyinin komandanlığını aldı. Çolokaşvili 29 avqustda Manqlisi qəsəbəsinə basqın təşkil etdi, lakin Tiflisə yaxınlaşa bilmədi, geri çəkildi və Düşetidəki bolşeviklərə hücum etdi. Sovet qüvvələri tərəfindən təqib edilən Çolokaşvili məğlubiyyəti qəbul etmədən əvvəl bir neçə dəfə qaçdı. sentyabr 1924-cü ildə Türkiyə sərhədini keçib, Gürcüstandan qaçdı. Həyat yoldaşı və iki kiçik qızı həbs edildi, qayınatası edam edildi. Kakutsanın kiçik qardaşı Simon daha əvvəllər Kaxetiyadakı üsyan zamanı qətlə yetirilmişdi.
Mühacirət
redaktəGürcüstanı tərk etdikdən sonra Türkiyədən Fransaya köçdü və buraya bir çox gürcü siyasi mühacir sığınmışdı. O və yanındakılar Viroflaya yerləşdilər, ancaq sosial-demokratların hakim olduğu sürgündəki Leuville-sur-Orge mərkəzli gürcü hökumətindən soyuq qarşılama aldılar. Menşeviklər köhnə zadəgan olan Çolokaşviliyə şübhə ilə yanaşdılar, ancaq onun gürcü millətçiləri arasındakı mövqeyini siyasi məqsədləri üçün istifadə etməyə istəkli idilər. Digər tərəfdən, Kakutsa (və general Georgi Kvinitadze kimi hərbçi dostlarının çoxu) menşevikləri milli maraqları heçə saydıqları və orduya diqqət etmədikləri iddiası ilə tənqid edirdi.[8]
Sovet kəşfiyyat liderliyi, xüsusilə gürcü olan Lavrenti Beriya gürcü mühacirlər arasında daha çox bölünmədən yararlanaraq və qatqı göstərərək, mühacir gürcü icmasına sızmağı bacardı. Beriya həyat yoldaşı və uşaqlarını həbs etdiyi Çolokaşvilini hədəf aldı. Hətta sovetpərəst çıxış etmək üçün ona rüşvət belə verməyə çalışdı. Lakin Çolokaşvili təklifi rəd etdi. Beriya sonra da onu saxta ittihamlarla həbs etdirməyə çalışdı, Çolokaşvili fransız polisi tərəfindən həbs edilsə də, günahsız olduğu ortaya çıxdı. Çolokaşvili dah asonra Fransa müharibə nazirliyi fondlarını oğurlamaqda ittiham edildi. Sovet agentləri Kakutsanın sürgündəki menşevik liderlər Noy Jordaniya və Noe Ramişviliyə sui-qəsd təşkil etməyi planladığına dair şayiələr də yaydılar. Kakutsanın səhhəti sürətlə pisləşdiyi üçün Beriyanın planları pozuldu. 1930-cu ildə o, Plaz-Koutant sanatoriyasında vərəmdan vəfat etdi.
Çolokaşvili ilk əvvəl Cimetière de Saint-Quendə dəfn edildi.[9] Daha sonra 2005-ci ildə gürcü mühacirlərin Leuville məzarlığına və son olaraq Gürcüstanın paytaxtı Tiflisdəki Mtatsminda panteonunda dəfn edildi.
Mirası
redaktəSovet hakimiyyəti altında Çolokaşvilinin adı bir neçə on il boyunca gürcü tarixindən silindi. 1980-ci illərdə millətçi və iqtiqlaliyyət tərəfdarı hərəkatların yüksəlişi ilə Çolokaşvili gürcü millətçiliyinin və sovet hakimiyyətinə müqavimətin mühüm simvolu olaraq yenidən ortaya çıxdı. 1990-cı ilin oktyabrında ən yaxın dostu və silahdaşı olan 94 yaşındakı mühacir Aleksandr Sulxanişvili 66 illik sürgündən Tiflisə geri döndü və Kakutsanın bayrağını Gürcüstana gətirdi. Sulxanişvili dönüşündən bir ay sonra oldü və vətənində dəfn edildi.[10]
20–21 noyabr 2005-ci il tarixində Çolokaşvilinin qalıntıları Gürcüstana gətirildi və Mtatsminda panteonunda dəfn edildi. Onun dəfnində yüksək rütbəli dövlət məmurları və kilsə nümayəndələri ilə yanaşı, minlərlə sadə gürcü də iştirak etmişdir. Onun portreti 200 larilik banknotların üzərində yer alır. Elə həmin ildəcə Tiflisin Marcanişvili teatrı Quram Kartvelişvilinin millətçilik barədə dram əsəri olan və baş qəhrəmanın Kakutsa Çolokaşvilini prototipi olan Levan Tsuladzeni səhnələşdirdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Toria, Malkhaz. The Soviet occupation of Georgia in 1921 and the Russian-Georgian war of August 2008: historical analogy as a memory project // Jones, Stephen F. (redaktor). The Making of Modern Georgia, 1918–2012: The First Georgian Republic and Its Successors. Routledge. 2014. səh. 329. ISBN 1317815939.
- ↑ Silakadze, Dimitri. უცნობი ფურცელი ქაიხოსრო (ქაქუცა) ჩოლოყაშვილის სამხედრო მოღვაწეობიდან [Unknown paper from the military activity of Kaikhosro (Kakutsa) Cholokashvili] // საქართველოს ისტორიის ინსტიტუტი: შრომები, № 5 [Proceedings of the Institute of History of Georgia, No. 5] (Georgian və English). Tbilisi: Meridiani. 2012. 293–306.
- ↑ Urushadze, Levan Z. "ქაიხოსრო (ქაქუცა) ჩოლოყაშვილის ბიოგრაფიისათვის" [For the biography of Kaikhosro (Kakutsa) Cholokashvili]. Amirani (Georgian və English). 14. 2006: 151–160. ISSN 1512-0449. 2019-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
- ↑ Rayfield, Donald. Edge of Empires: A History of Georgia. London: Reaktion Books. 2012. 343–347. ISBN 1780230303.
- ↑ Woodward, Ernest Llewellyn, redaktorDocuments on British Foreign Policy, 1919-1939. Her Majesty's Stationery Office. 1984. səh. 148.
- ↑ Trifonov, I. Ia. "The Smashing of the Menshevik-Kulak Revolt in Georgia in 1924". Soviet Studies in History. 16 (2). 1977: 11.
- ↑ Suny, Ronald Grigor. The Making of the Georgian Nation (2nd). Indiana University Press. 1994. səh. 223. ISBN 978-0-253-20915-3.
- ↑ "Kakoutsa Tcholokachvili (1888–1930)". Prométhée (French). 4–6: 2–5. 1930.
- ↑ "L'inauguration du tombeau de K. Tcholokachvili" [Inauguration of the tomb of K. Cholokashvili]. Prométhée (French). 7–8: 31. 1932.
- ↑ Tsamalashvili, Eka. "ნამდვილი გმირის სამშობლოში დაბრუნება – ალექსანდრე სულხანიშვილი [Return of a true hero – Aleksandre Sulkhanishvili]". დამოუკიდებლობის გაკვეთილები [Lessons of Independence] (Georgian). Saakashvili Presidential Library. 29 June 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 May 2016.