Ke Mermisi - Wikipedia
Kinetik enerjili dəlici və ya KE mərmisi — döyüş sursatıdır. Daxilində partlayıcı maddələr olmayan və hədəfin içindən keçmək üçün kinetik enerjidən istifadə edən tank əleyhinə mərmidir.
Kinetik enerjili mərmilərdən başqa digər tank sursatları kimyəvi enerjidən istifadə edir. Bunlar iki növdür. Birincisi, yüksək partlayıcılı tank əleyhinə mərmi (HEAT), ikincisi yüksək partlayıcı başlıqlı mərmidir (HESH). Bu mərmi növü zirehli texnikaya qarşı hələ də geniş istifadə olunsa da, bugünkü əsas döyüş tanklarının kompozit zirehlərinə və Çobham (Chobham) zirehlərinə qarşı o qədər də təsirli deyildirlər.
Adından başa düşüldüyü kimi, kinetik zireh dəlicilər malik olduqları çəkilərinin ilk sürətindən əldə edilən kinetik enerjidən istifadə edərək zirehi deşirlər. İnkişaf etmiş KE silahlarını maksimum dərəcəyə çıxarılan KE və minimuma endirilmiş sahə effektindən faydalanır:
- Mərmi qüllədən yüksək ilk çıxış sürəti ilə atılır;
- Konsentrasiya edilmiş qüvvə ilə çox kiçik bir sahəylə toqquşmasına baxmayaraq, kütlə sürətini saxlayır və mərmi sahib olduğu bu güc ilə vurduğu bölgəni dağıdıb keçir.
- Bu günkü KE mərmiləri eyni ilə bir oxa oxşayırlar. Azaldılmış uran bu sursatların bir hissəsinin tərkibində istifadə olunur.
Biblioqrafiya
redaktə- Cai, W. D.; Li, Y.; Dowding, R. J.; Mohamed, F. A.; Lavernia, E. J. "A review of tungsten-based alloys as kinetic energy penetrator materials". Review of Particulate Materials. 3. 1995: 71–131.