Kdis - Wikipedia
KDIS — radio Disneyin qapalı radiostansiyası Kaliforniyanın Pasadena şəhərində lisenziyalı şəkildə fəaliyyət göstərir. Radiostansiya Los-Angeles ərazisində 1110 kHs AM tezliyində yayımlanır.
KDIS | |
---|---|
Şəhər | Kaliforniya |
Ölkə | ABŞ |
Tezlik | 1110 Hs (HD-radio) ilə birgə |
Yayım ərazisi | Los-Anceles |
Başlama tarixi | 1942 |
Koordinatlar | 34°06′50″ şm. e. 117°59′49″ q. u.HGYO |
Sahibi | The Walt Disney Company |
Sayt | radiodisney.com/kdisam1110 |
Tarixi
redaktəBu stansiya 1942-ci ildə KPAS çağırış siqnalı altında meydana gəlmişdir. Əvvəlcə onun musiqili bir radiostansiya olacağı təxmin edilmişdir. Lakin 1945-ci ildə stansiya öz yayım tərzini dəyişdi və KXLA-nın çağırış siqnalı əsasında yalnız ölkə musiqisini yayımlayırdı[1] . Efirdə Tennessi ştatından, əsasən, iki şəxs vardı: Erni Ford və Sten Freberq. Əvvəlcə stansiya El-Montedən ötürücü vasitəsilə yayımlanırdı.
KRLA (1959 - 2000-ci illər)
redaktə3 sentyabr 1959-cu ildə stansiya KRLA adlanan daha bir çağırış siqnalı aldı. Daha sonra stansiya Los Angeles ərazisində KFWB və KHJ ilə rəqabət edən ən yaxşı radiostansiyalardan biri olur. Vitse-prezident qismində fəaliyyət göstərən Laboenin fəaliyyəti əsasında KRLA müvəffəqiyyətli bir radiostansiyaya çevrilir[2]. 1968-ci ildə xəbərlər proqramının müdiri Lyu İrvin aktual komediyaları xəbərlərlə birgə yayımlayan "The Credibility Gap" adlı satirik komediya komandasını yaradır. 1969-cu ildə Con Gillilend "Pop Chronicles" (Pop-musiqi Salnamələri) adlı sənədli filmini debüt etdi. 1960-cı illərdə KRLA studiyası Pasadendə köhnə Huntington Sheaton mehmanxanasının yaxınlığında yerləşirdi. Lakin stansiya yazı sisteminə keçdikdə sonra KRLA öz yayımına Cənubi Kaliforniyada başladı. 1982-ci ildə stansiya "Adult contemporary music"(Böyüklər üçün müasir musiqi)adlanan yeni musiqi formatında yayıma başladı. 1984-cü ildən radiostansiyada 1950-ci, 1960-cı və 1970-ci illərin sonlarındakı musiqilər yayımlandı. 1980-cı ilin sonu və 1990-cı ilin əvvəllində radiostansiyada 60-cı illərin mahnıları səsləndirilirdi. 1998-ci ildən KRLA bütünlüklə musiqi yayımından imtina edib yalnız danışıqları yayımladı. Bele dialoqlarda Maykl Cekson və Ken Minyard da iştirak etmişdi[3][4][5].
KSPN (2000-2002-ci illər)
redaktəAşağı reytinq səviyyəsinə görə stansiya 1 dekabr 2000-ci ildə ESPN Radiosu (əvvəlki KSPN) tərəfindən yayımlanan Disney radiosuna satılır[6].
KDİS (2003-cü ildən - hazırkı dövrə qədər)
redaktə1 yanvar 2003-cü ildə radiostansiya yeni yayım formatına keçirildi. Stansiyanın daşıyıcı tezliyi AM 710-dan AM 1110-a qədər dəyişildi.
Ötürücü
redaktə1987-ci ildə radiostansiya KRLA öz ötürücü qovşağını Cənubi El-Montedən İrvindeylə köçürüldü. 1990-cı ildə KRLA-ya gecə yayımında ötürücü gücünü 10000-dən 20000 vatt-a qədər çatdırmağa icazə verildi[7]. Güclülük artıqda KRLA köhnə El-Monte ötürücüsündən şimalda - bir neçə milli aralıqda yerləşən İrvindeyldəki yeni ötürücü vasitəsilə yayımlanmağa başladı[7].
İstinadlar
redaktə- ↑ "Oldies 1110 KRLA". Geocities.com. 2005-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
- ↑ Hochman, Steve. "KRLA's Switch to Talk Will End Rock Era on AM Dial in L.A.; Radio Some are nostalgic about a station that retained family appeal to the end. Others say change is overdue". L.A. Times. November 16, 1998. səh. F4. January 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2019.
- ↑ Deming, Mark. "(The Credibility Gap > Biography)". allmusic. 2010-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
- ↑ "John Gilliland - Pop Chronicles: The Forties". Sfradiomuseum.com. 2012-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-17.
- ↑ Eubanks, Bob; Hansen, Matthew Scott, redaktorlar It's in the Book, Bob!. Benbella Books. 2004. 36–38. ISBN 1932100288. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-03.
- ↑ "KDIS Call Sign History". United States Federal Communications Commission, audio division. 2012-09-08 tarixində orijinalından arxivləşdirilib.
- ↑ 1 2 Mishkind, Barry. "KRLA Broadcast History". oldradio.com. 2012-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 July 2010.