Keskullu - Wikipedia
Kəşküllü[1] (fars. کشکولی Kəşkuli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri.[2] I Dünya müharibəsi ərəfəsində Kəşküllü tayfasının əsas gəlir mənbələrindən biri, Şiraz–Buşehr marşrutu üzərində yerləşən və tayfaya mənsub Kazerun bölgəsində toplanılan vergiylə əlaqədar Qaşqayı elinin elxanı İsmayıl xan Qaşqayla tayfanın başçıları arasında narazılıq yaranmış, nəticədə müharibə zamanı tayfa elxana və onun müttəfiqi almanlara qarşı ingilisləri dəstəkləmişdi. I Dünya müharibəsi sona çatdıqdan sonra İsmayıl xan Kəşküllü tayfasından xana qarşı loyal olan iki tirəni ayırdı və onları müstəqil tayfalara çevirdi.[3] Beləliklə üç yeni tayfa yarandı: Böyük Kəşküllü (fars. کشکولی بزرگ Kəşkuli-yi Bozorg), Kiçik Kəşküllü (fars. کشکولی کوچک Kəşkuli-yi Kuçək) və Qaraçaylı (fars. قراچهای Qəraçee).[3]
İstinadlar
redaktə- ↑ Etnoqrafik cizgilər. — Qaşqayı eli, səhifə 144. // Güney Azərbaycan folklor örnəkləri. II kitab. Toplayanlar: Behruz Həqqi və Məmmədəli Qövsi Fərzanə; Tərtib edəni və ön sözün müəllifi: filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı; Elmi redaktorları: filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov və Aydın Mustafayev. Bakı: "Elm və təhsil", 2014, 340 səhifə.Orijinal mətn (az.)
1. Kəşküllü tayfası. Bu tayfa iki qismətdən təşkil olub. Böyük Kəşküllü və Kiçik Kəşküllü.
- ↑ Народы Ирана. — Глава седьмая. Луры и бахтиары. Кашкайцы. — Кашкайцы (автор Н. А. Кисляков) стр. 276. // Народы Передней Азии Arxivləşdirilib 2023-07-08 at the Wayback Machine. Под Редакцией Н. А. Кислякова и А. И. Першица. Москва: Издательство Академии Наук СССР, 1957, 613 страниц.Orijinal mətn (rus.)
В состав объединения кашкайских племен входят пять крупных (дарешури, шашбулюк, кашкули, фарсимадан, амале) и большое число мелких племен.
- ↑ 1 2 Kaškuli Bozorg (author Pierre Oberling), pp. 78–79. // Encyclopaedia Iranica. Volume XVI. Fascicle 1: Kashan — Kašši, Abu ʿAmr Moḥammad. Edited by Ehsan Yarshater. New York: Encyclopaedia Iranica Foundation, 2012, 112 pages. ISBN 9781934283332Orijinal mətn (ing.)
Esmāiʿl Khan Ṣowlat-al-Dowla (q.v.), who was the ilḵāni of the Qashqāʾi tribal confederacy almost continually between 1904 and 1930, had a Kaškuli mother and a Kaškuli wife. Yet he was on very bad terms with most of the Kaškuli khans. During the years prior to World War I, a major disagreement arose between some of these khans and the Qashqāʾi leader over one of the tribe’s main sources of revenue, namely the exaction of tolls on the Kāzerun stretch of the Bušehr-Shiraz route, which crosses Kaškuli territory. As a result, the Kaškuli khans supported the British in their struggle against Ṣowlat-al-Dowla and the German agent, Wilhelm Wassmuss, during the war. After the war, Ṣowlat-al-Dowla punished the Kaškuli. He dismissed the Kaškuli leaders who had opposed him and “deliberately set out to break up and impoverish the Kashkuli tribe” (Magee, p. 79). Two sections of the tribe, which consisted of elements which had been loyal to Ṣowlat-al-Dowla, were then separated from the main body of the tribe and given the status of independent tribes, becoming the Kaškuli Kuček (“Little Kaškuli”) and Qarāčāhi tribes. The remaining tribe became known as the Kaškuli Bozorg (“Big Kaškuli”) tribe.
Xarici keçidlər
redaktə- Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.