Kesful Qulub - Wikipedia
Kəşfül-qülub - Haqqında Məlumat
Kəşfül-qülub — Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər.
Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Əsərin əlyazma nüsxələri
redaktə- Nuruosmaniyyə,4904/1
- İstanbul Universiteti Mərkəz Kitabxanası FY.,954/HE,8194/1
- Manisa Muradiyyə,2906/1
- Üsküdar Hacı Səlim Ağa, Kamankeş 49/7
- Süleymaniyyə, Carullah 2061/28
- Bakı, B-6960/1