Kusnetqazma - Wikipedia
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir.[1]
Küsnətqazma | |
---|---|
41°16′ şm. e. 48°17′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 466 (2009) nəfər |
Tarixi
redaktəKüsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur.
Toponimikası
redaktəKüsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir. Keçmişdə Qazma Küsnət, Küsnət qazmaları, Küsnət qışlaq da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Küsnət kəndinə məxsus pay torpağında həmin kənddən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Küsnət (kənd adı) və qazma (ev tipi) komponentlərindən düzəlib, "Küsnət kəndinin qazmaları" mənasındadır.[2]
Mədəniyyəti
redaktə- Kənddə 9 illik natamam məktəb fəaliyyət göstərir. Təhsilin səviyyəsini qaldırmaq üçün ciddi işlər görməyə ehtiyac var.
Coğrafiyası və İqlimi
redaktəKüsnət qazma, Qımıl qazma, Küsnət və Dəhnə kəndləri ilə sərhəddir. Magistral yol üzərində yerləşir. Son zamanlar bu kənddə turizmə maraq artıb, bu da kəndin turizm üçün əlverişli coğrafi məkanda yerləşməsi ilə əlaqədardır. Azərbaycanda məşhur Minarə burada yerləşir. Kənd Qımıl qazma bələdiyyəsinin tərkibinə daxildir.
Əhalisi
redaktəƏhalisini 99%-ni ləzgilər təşkil edir. Əsasən kənd təsərrüfatı ilə məşqul olurlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 466 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktə- Əhali əsasən əkinçilik və maldarlıqla məşğul olur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |