Kultepe Yasayis Yeri Axura Serur - Wikipedia
Kültəpə_yaşayış_yeri_(Axura,_Şərur) - Haqqında Məlumat
Kültəpə yaşayış yeri — Şərur rayonunda, Qoşatəpədən 2 km şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində antik dövrə aid yaşayış yeri.
Sahəsi 7–8 ha. 2x2 ölçüdə 1,5 m dərinlikdə aparılmış qazıntılardan divarqalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20–25 sm qalınlığında kül təbəqəsi, osteoloji və bitki qalıqları aşkar edilmişdir. Qazıntı sahəsinin kül təbəqəsi ilə örtülməsi yaşayış yerinin yandırıldığından xəbər verir. Tikinti materialı kimi yonulmuş təbii qaya parçalarından istifadə edilmişdir. Döşəməsi isə qalın gil təbəqəsi ilə örtülmüşdür. Yaşayış yerindən tapılan gil qab parçaları və digər arxeoloji materiallar əsasında, abidə e.ə III–II əsrlərə aid edilir[1][2]