Kohne Tufeng Film 1975 - Wikipedia
"Köhnə tüfəng" (fr. Le vieux fusil) — 1975-ci ildə rejissor Rober Enriko tərəfindən çəkilmiş fransız filmidir. 1976-cı ildə ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyalarında Sezar mükafatı qazanmış, eləcə də ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuşdur. Film, 1944-cü ildə baş vermiş Oradur-sür-Qlan qətliamından bəhs edir.
Köhnə tüfəng | |
---|---|
fr. Le vieux fusil | |
Janr |
dram triller müharibə |
Əsas mövzu | İkinci Dünya müharibəsi |
Rejissor | Rober Enriko |
Ssenari müəllifləri |
Rober Enriko Paskal Jarden Klod Veyo |
Baş rollarda |
Filipp Nuare Romi Şnayder |
Operator | Etyen Bekker |
Bəstəkar | Fransua de Rube |
İstehsalçılar |
Mercure Productions Les Productions Artistes Associés TIT Filmproduktion GmbH |
İlk baxış tarixi | 22 avqust 1975 |
Filmin digər adı | Köhnə silah |
Filmin növü | bədii film |
Müddət | 103 dəqiqə |
Ölkələr |
Fransa AFR |
Dil | fransız dili |
İl | 1975 |
Rəng | rəngli |
Çəkiliş yeri | Paris |
IMDb | ID0073864 |
Məzmun
redaktə1944-cü ildə, Montobanda almanlar Fransadan geri çəkilən dövrdə, Julyen Dandyö yerli xəstəxanada cərrah kimi çalışır. Antihitler koalisiyasının həyata keçirdiyi Normandiya əməliyyatının başlamasından sonra Montobana edilə biləcək hava hücumundan ehtiyatlanan Dandyö, ailəsinin təhlükəsizliyi üçün dostu Fransuadan həyat yoldaşı və qızını şəxsi qəsrinin yerləşdiyi kəndə aparmasını xahiş edir. Bir həftə sonra Dandyö, həftəsonu olduğuna görə onları görmək məqsədilə kəndə yola düşür, lakin almanlar kəndi tutmuşdu. O, kilsədə bütün kəndliləri öldürülmüş vəziyyətdə tapır. Qəsrdə güllələnmiş qızını və alovsaçanla yandırılmış həyat yoldaşını görən zaman sarsıntı keçirir.
Dandyö ailəsinin intiqamını almaq üçün alman əsgərlərini öldürməyi qərara alır. O, uşaq olarkən atası ilə ov etdiyi köhnə tüfəngi götürüb, almanları bir-bir öldürməyə başlayır. Onlar elə fikirləşir ki, çoxlu partizanlar tərəfindən mühasirəyə alınıblar və faktiki bir nəfərin qəsr içində bildiyi gizli keçidlərdən istifadə etməsini anlamırlar. O, SS əsgərlərindən birini ölümcül döyür, onların bəzisini güllələyir və ikisinin isə xilas olmasının qarşısını almaq üçün toru bağlayıb quyuda boğulmalarına səbəb olur.
Tüfəng üçün patronlar bitəndən sonra o, həyat yoldaşının ölümünə səbəb olan alovsaçanı tapır və ondan istifadə edərək ikitərəfli güzgünün qarşısında duran SS zabitini öldürür. Film, Fransa Müqavimət Hərəkatı tərəfindən həmin kəndin azad edilməsi ilə başa çatır.
Rollarda
redaktə- Filipp Nuare — Julyen Dandyö
- Romi Şnayder — Klara Dandyö
- Jan Buis — Fransua
- Yoaxim Hansen — SS zabiti
- Robert Hoffman — Leytenant
- Karl Mixael Voqler — Doktor Müller
- Madlen Ozyere — Julyenin anası
- Karolin Bonomm — Florans Dandyö, 8 yaşında
- Katrin Delaport — Florans Dandyö, 13 yaşında
- Antuan Sen-Jon — mətbəxdə öldürülmüş əsgər
- Jan-Pol Sizif — polis rəisi
İstinadlar
redaktə- Le vieux fusil — Internet Movie Database saytında
- Köhnə tüfəng AllMovie saytında
- Le vieux fusil Rotten Tomatoes saytında (ing.)