Joan Qamper - Wikipedia
Joan Gamper (22 noyabr 1877[1][2][…], Vintertur, Sürix kantonu[1] – 30 iyul 1930[1][2][…], Barselona[1]) — İsveçrə idmançısı, "Barselona" futbol klubunun yaradıcısı, futbolçusu və prezidenti. O, həmçinin İsveçrənin "Sürix" və "Bazel" futbol klublarının yaradılmasının təşəbbüskarlarından biri hesab olunur.
Joan Qamper | |
---|---|
alm. Hans-Max Gamper Hässig | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1877[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyul 1930[1][2][…] (52 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəHans-Maks Qamper İsveçrənin Vintertur şəhərində anadan olmuşdur. O, Kamper (böyük) və Rosina Emma Hessiqin beş uşağından üçüncüsü və yaşca ən böyük oğlu idi. O, səkkiz yaşında olarkən anası vərəmdən ölmüş və ailə Sürixə köçmüşdür. Artıq erkən yaşlarında Qamper qızğın velosipedçi və qaçışçı kimi tanınırdı. Ömrü boyu bütün idman növlərinin həvəskarı olmuşdur. Futboldan əlavə reqbi, tennis və qolf oynamışdır, lakin İsveçrədə futbolçu və "Bazel" klubunun daimi kapitanı kimi məşhurlaşmışdır. 1897-ci ildə Fransada işləməyə başlamış, Lionda reqbi klubunda çıxış etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Jerzovskaja Fussballhelden Winterthur, Winterthur Football Heroes (isv-alm.). (untranslated), 2013. S. 20–21. ISBN 978-3-03834-002-7
- ↑ 1 2 3 4 Joan Gamper // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.