Jiqmond Morits - Wikipedia
Jiqmond Morits (mac. Móricz Zsigmond; 2 iyul 1879[1], Tisaçeçe[d], Sabolç-Satmar-Bereq – 5 sentyabr 1942[2][1], Budapeşt[3]) — Macarıstan roman yazıçısı və sosial realizmin nümayəndəsi.
Jiqmond Morits | |
---|---|
mac. Móricz Zsigmond | |
Doğum tarixi | 2 iyul 1879[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 sentyabr 1942[2][1] (63 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist, dramaturq, uşaq ədəbiyyatı yazıçısı, redaktor |
İstiqamət | ədəbi realizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəJiqmond Morits 1879-cu ildə Tisaçeçe şəhərində anadan olmuşdur. Anası yoxsul zadəgan ailəsindən, atası isə serf idi. 1899-cu ildə Debreçeni Reformasiya Kollecində teologiya fakültəsində oxumağa başladı, lakin altı ay sonra hüquq fakültəsinə köçürüldü.
1903-cü ildə Az Újság qəzetində journalist kimi fəaliyyət göstərməyə başladı, burada 1909-cu ilə kimi işlədi.
Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin dövründə Vöröşmarti Akademiyasının vitse-prezidenti olmuşdur. İnqilabi hökumətin süqutundan sonra onun əsərləri Milli Teatrda nümayiş etdirilmədi və yalnız Nyuqat və Az Estdə nəşr olundu.
1905-ci ildə Morits Evgeniya Holiks ilə ailə həyatı qurdu. Depressiyadan əziyyət çəkən Holiks 1925-ci ildə intihar elədi. 1926-cı ildə yenidən Mariya Simoyni ilə ailə həyatı qurdu.
Onun romanlarında yoxsulluqla bağlı problemlərdən bəhs edilirdi və macar köçkünlərinin həyatları təsvir olunurdu.
Əsərləri
redaktə- Kisvilágos kivirradtig (Səhərə qədər ayıq olan kim var?) (1898)
- Légy jó mindhalálig (Ölənə qədər sadiq ol) (1920)
- Úri muri (Çox sevincli) (1928)
- Rokonok (Münasibətlər) (1932)
- Hét krajcár (7 penni və digər qısa hekayələr) (1907)
- Az ezüstkirály sípja. Iromba J (Gümüş kralın fleytası; Brudi Yanko)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 The Fine Art Archive.
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119285703 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.