Jan Mandijn - Wikipedia
Yan Mandeyn 1530-dan sonra Antuerpdə aktiv olan Hollandiya İntibahı rəssamı.
Jan Mandijn | |
---|---|
Doğum adı | Yan Mandeyn |
Doğum tarixi | təq.1500 |
Doğum yeri | Harlem |
Vəfat tarixi | təq.1500 |
Vəfat yeri | |
Milliyyəti | Holland |
Fəaliyyəti | rəssam |
Stil | İntibah dövrü |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMandeyn təhsilini Harlemdə almışdır. 1530-cu ildə Antuerpə köçüb. Yan van der Elbörts, Gilis Mostart və Bartolomeus Sipreyncr kimi rəssamların müəllimi olub.Antuerpdə vəfat edib.
Əsərləri
redaktəMandeynin imzasını daşıyan sadecə bir əsər günümüzə kimi gəlib çatıb. Harlemdəki Frans Hols muzeyində saxlanılan "Müqəddəs Antoninin başdan çıxarılışı" adlanan bu tablo Hayrinemus Boşun stilinə bənzəyir.Bu səbəbdən Mandijn Boşun izləyicisi olaraq dəyərləndirilir. Qədim dövr yazarlarından olan Karel van Mendr də kitabında Mandeynin Boş kimi qorxuducu və gülməli səhnələr çəkməsini yazıb.Sözü gedən tablonun ilham mənbəyi Boş olmaqla bərabər, Mandeynin tərzi daha sərbəst, istifadə etdiyi rənglər və yaratdığı fantastik obrazlar bir-biri ilə daha az uyğundur.Bu səbəbdən ortaya çıxan rəsm Boşun əsərləri qədər təsirli deyil.Mandeynin əsərlərində də eyniylə Boşda olduğu kimi həşəratlar, sürünənlər və quşların qarışımından ortaya çıxan aralıq şeytanlar yer alır.
Mandeynin tərzinə dair xüsusiyyətlər, Berlindəki Alt Pinoqotekdə yer alan "Müqəddəs Kristaforun başdan çıxarılışı" kimi bir sıra Antuerp "şeytan rəsimlərində"də öz əksini tapır.
İstinadlar
redaktə- ↑ Union List of Artist Names (ing.). 2017.