Jan Mari Len - Wikipedia
Jan-Mari Len (30 sentyabr 1939[1][2][…]) — fransız fiziki, supramolekulyar kimyanın banisi, kimya üzrə Nobel mükafatı laureatı.
Jan-Mari Len | |
---|---|
fr. Jean-Marie Lehn | |
Doğum tarixi | 30 sentyabr 1939[1][2][…] (85 yaş) |
Elm sahəsi | Supramolekulyar kataliz |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFransız kimyaçısı Len 1939-cu ilin sentyabrın 30-da Rosemdə anadan olmuşdur. 1960-cı ildə Strasburq Universitetini bitirmişdir. 1960-cı ildə Fransanın Milli elmi tədqiqatlar mərkəzində işləmişdir. 1963-1964-cü illərdə R.B. Vudvordun laboratoriyasında (Harvard Universitetində) təcrübə keçmişdir. 1963-1979-cu illərdə Strasburq Universitetində (1970-ci ildən professor), 1979-cu ildən Kollec de Fransda professor işləyir.
Əsas elmi tədqiqat istiqaməti üzvi sintez və kompleks birləşmələr kimyasıdır. 1962 1967-ci illərdə Ç.C. Pedersen tərəfindən başlamış tədqiqatları genişləndirmişdir.
1970-ci ildə NMR və pH-metriya üsulları ilə bisiklik amino-kraun efirlərini öyrənmiş, sübut etmişdir ki, onlar monosiklik kraun efirlərinə nəzərən iki tərtib daha çox kompleks əmələ gətirmək qabiliyyətinə malikdir. 1972-1978-ci illərlə supermolekul adlanan Kraun efirləri komplekslərinin təkcə kationlarla yox, həmçinin anionlarla və neytral molekullarla əmələ gəlməsində həndəsi və energetik komplementarlığının əhəmiyyətli qanunauyğunluq olduğunu müəyyən etmişdir. Kraun efirlərinin onlarla əlaqələnən substrata münasibətdə katalitik rolunu göstərmiş, onları fermentativ sistemlərə bənzətmişdir.
1980-ci ildə ilk dəfə olaraq polimakrotsiklik kraun-sistemlərin ümumi sintezi üsulunu işləyib hazırlamışdır. Bu üsul həm də metal üzvi xarakterli kraun-sistemlərin sintezinə də aiddir. Proto-ATFaza və protokinaz göstərən kraunsistemlər almışdır.
1987-ci ildə “Yüksək seçicilikli struktur-spesifik qarşılıqlı təsirli molekulların tədqiqi və istifadəsinə görə” Nobel mükafatına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 Bell A. Jean-Marie Lehn // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 http://www.nndb.com/lists/504/000063315/.
- ↑ 1 2 list of professors at Collège de France.
- ↑ 1 2 http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=LEHN,%20Jean-Marie.
- ↑ 1 2 NNDB (ing.). 2002.