I Presian - Wikipedia
Presian xan (bolq. Кан Пресиян; bilinmir, Bolqarıstan – 852) — Bulqar xanı (836–852).
Presian xan | |
---|---|
bolq. Кан Пресиян | |
Birinci Bulqar dövlətinin XVI imperatoru | |
836 – 852 | |
Əvvəlki | Malamir xan |
Sonrakı | I Boris |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | |
Atası | Zvinitsa |
Uşağı | I Boris |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPresian xan övladsız, cavan yaşında ölən Malamir xanın qardaşı Zvinitsanın oğlu idi.[1] Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi.
Bizansla münasibətlər
redaktəİmperator Feofilə qarşı 837-ci ildə Saloniki şəhərində üsyan başlamışdı. Xana kömək üçün müraciət edən imperator eyni zamanda gizli-gizli xanlıqdan əsir yunanları qaytarmağa başlamışdı. Buna qəzəblənən kovxan, hücuma keçərək Salonikinin özünü ələ keçirmişdi. Feofil serb knyazı Vlastimirin vassallığını tanıyaraq bulqarlar üçün yeni təhlükə mənbəyi yaratmağı planlaşdırırdı[2]. 3 il çəkən Serb-Bulqar müharibələri imperatorun ölümü bitdi.
Son illəri
redaktəPresian 852-ci ildə vəfat etdi. Presian yazısı onun dövründə yazılmışdır.
Toponimlər
redaktəAntarktikada Livinqston adasında Presian təpəsi mövcuddur.