I Ferruxzad - Wikipedia
I Fərruxzad (Şamaxı – 1204, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.
I Fərruxzad ibn III Mənuçöhr | |
---|---|
Şirvanşahlar Dövlətinin XXIV hökmdarı | |
Vəzifədədir | |
1204-cü ildən | |
Əvvəlki | II Fəribürz |
Sonrakı | I Güştasp |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | III Böyük Mənuçöhr |
Anası | Tamar |
Uşaqları | |
Dini | Sünni İslam |
I Axsitanın qardaşı oğlu II Fəribürz ibn II Əfridundan sonra, Axsitanın qardaşı, III Mənuçöhrün dördüncü oğlu Fərruxzad hakimiyyətə keçmişdir.
İndiyədək Fərruxzadın sikkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və nəvələrinin sikkələrindəki kitabələrdə,[1] habelə epiqrafık abidələrdə -Mərdəkan kəndindəki dairəvi qalada oxunur: "...Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin əvvəlində hakimiyyətdə olmuş və onun hakimiyyəti h.600 (1204)-cü ildən gec olmayaraq başa çatmışdır. Fərruxzadın adı Pirsaatçay xanəgahının giriş portalındakı kitabədə("... (III) Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr...") və Göylər kəndindəki Pirmərdəkan türbəsinin içərisindəki kitabədə("Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr...") çəkilir [2] Onun adı Dornun cədvəlində də var, lakin S. Aşurbəyliyə görə hakimiyyət illəri düzgün deyil.[3]
Ailəsi
redaktə- Atası III Böyük Mənuçöhr. Şirvanşah.
- Atasının həyat yoldaşı Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, ömrünün son dövlərində Tiğva monastırında rahibə, Baqrationi sülaləsindən. Şirvanşahdan 3 oğlu və 1 qızı olmuşdur.
- Tamarın oğullarından biri. Şervaşidze sülaləsinin qurucusu. Babası IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi ona verilmişdir.
- Tamarın kiçik oğlu. III Mənuçöhrün ölümündən sonra Tamar kiçik oğlunu hakimiyyətə gətirməyə cəhd etmişdir.
- Qardaşı II Afridun ibn Mənuçöhr. Şirvanşah. Öldürülmüşdür.
- Qardaşı I Axsitan. Şirvanşah. Taxta varis qoymadan ölmüşdür.
- Qardaşı Şahənşah ibn Mənuçöhr. Şirvanşah.
- Qardaşı Fəribürz. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
- Bacısı Alçiçək Sultan. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
- Oğlu I Güştasp. Xələfi
- Oğlu Rəşid ibn Fərruxzad. Dərbənd hakimi (1221-1239)