Iv Bohemond Antioxiya Knyazi - Wikipedia
IV Bohemond (it. Boemondo IV) və ya Təkgöz Bohemond (it. Boemondo il Monocolo) (1172 – mart 1233 və ya 1233[1]) — 5-ci Antioxiya knyazı və 7-ci Tripoli qrafı.[2][3]
IV Bohemond | |
---|---|
1201 – 1216 | |
Əvvəlki | III Bohemond |
Sonrakı | Raymond-Rupen |
1219 – 1233 | |
Əvvəlki | Raymond-Rupen |
Sonrakı | V Bohemond |
1189 – 1233 | |
Əvvəlki | IV Raymond |
Sonrakı | V Bohemond |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1172 |
Vəfat tarixi | mart 1233 və ya 1233[1] |
Fəaliyyəti | siyasətçi |
Atası | III Bohemond |
Uşaqları |
Antioxiyalı Raymond V Bohemond Antioxiyalı Filipp Antioxiyalı Henri Antioxiyalı Mariya |
Vikianbarda əlaqəli mediafayllar |
O, Antioxiya knyazı III Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Tripoli qrafı III Raymondun varisi yox idi və ölümündən qısa müddət öncə qohumu olan Antioxiya knyazının böyük oğlu Raymondu öz varisi elan etmişdi. Buna baxayaraq ataları böyük oğlu Raymondu öz taxtı üçün varis seçmişdi və onun yerinə kiçik oğlu Bohemondu 1189-cu ilin payızında Tripoliyə göndərdi. Beləliklə, o, IV Bohemond adıyla Tripoli qrafı oldu. Ancaq ertəsi il Səlahəddin Əyyubinin Antioxiyanın böyük bir hissəsini işğal etməsi bölgədəki siyasi tarazlığı pozdu.
1197-ci ildə böyük qardaşı Raymondun vəfatıyla Antioxiyada yenidən vərasət mübarizəsi başladı. Belə ki, qardaşı Erməni Kilikiya çarı I Levonun qohumuyla evli idi və geridə Raymond-Rupen adlı bir oğlu qalmışdı. Yerli əsilzadələr isə uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz edirdilər. Nəticədə, atasının 1201-ci ildə vəfatının ardından IV Bohemond şəhər sakinləri, Malta ordeni və Tampliyerlərin də dəstəyini alaraq Antioxiya knyazlığını ələ keçirdi. Beləliklə, Antioxiya knyazlığı və Tripoli qraflığı birləşdi.
Erməni Kilikiya çarı I Levonun hücumları önləmək məqsədilə, IV Bohemond Rum sultanı I İzzəddin Keykavus və Əyyubilərin Hələb əmiriylə ittifaq qurdu. Ancaq daxildə baş verən çaxnaşmalar səbəbilə, 1216-cı ildə mərhum qardaşının sürgündəki oğlu Raymond-Rupenin bölgəni işğal etməsinin qarşısını ala bilmədi. Gedən mübarizənin sonunda 1219-cu ildə hakimiyyətini yenidən bərpa etdi.
Elə həmin il vəfat edən Erməni Kilikiya çarı I Levonun yerinə oğullarından Filippi taxta çıxarmaq istəsə də, yerli ermənilər bunu qəbul etmədi və mərhum çarın 3 yaşlı qızı İzabella taxta çıxarıldı. Bölgədə sülhü təmin etmək məqsədilə, oğlu Filippi yeni kraliçayla evləndirsə də, davam edən siyasi çaxnaşmalar səbəbilə oğlu 1224-cü ildə Kilikiyada həbs olundu. Buna cavab olaraq müttəfiqi olan Rum sultanı I Keyqubadla birlikdə bölgəyə hücum etsə də, oğlunun 1225-ci ildə öldürülməsinin qarşısını ala bilmədi.
Mənbə
redaktə- Asbridge, Thomas (2000). The Creation of the Principality of Antioch, 1098–1130. Boydell Press. ISBN 978-0-85115-661-3
- Barber, Malcolm (2012). The Crusader States. Yale University Press. ISBN 978-0-300-11312-9
- Brown, Gordon S. (2003). The Norman Conquest of Southern Italy and Sicily. McFarland&Company, Inc. ISBN 978-0-7864-1472-7
- Lilie, Ralph-Johannes (1993). Byzantium and the Crusader States, 1096–1204. Oxford: Oxford University Press. ISBN 978-0-19-820407-7
- Runciman, Steven (1989b). A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100–1187. Cambridge University Press. ISBN 0-521-06162-8
İstinadlar
redaktə- ↑ 1 2 https://www.biografiasyvidas.com/biografia/b/bohemundo_iv.htm.
- ↑ Fink, Harold S. (1969). "The Growth of the Latin States, 1118–1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years. The University of Wisconsin Press. pp. 368–409. ISBN 0-299-04844-6
- ↑ Hailstone, Paula Z. (6 Dec 2019). Recalcitrant Crusaders?: The Relationship Between Southern Italy and Sicily, Crusading and the Crusader States, c. 1060–1198. Routledge. ISBN 9781000764628