Ii Qubazes - Wikipedia
II Qubazes (gürc. გუბაზ II;ən geci 541 – 555) — Lazikada 541-ci ildən 555-ci ilə kimi hökmdar olmuşdur. Lazik müharibəsinin ən kəskin dövrü onun hakimiyyət illərinə təsadüf edir. O, taxta ilk əvvəl Bizans imperiyasının vassalı kimi çıxmışdır. Lakin Bizans hakimlərinin əzazil hərəkətləri onu imperiyanın əsas rəqibi olan Sasanilər imperiyasının köməkçisi olmağa vadar edir. Bizanslılar 541-ci ildə fars ordusunun köməyi ilə Lazika tərəfindən qovuldu, lakin fars işğalı ölkəni daha da pis vəziyyətə saldı. II Qubazes 548-ci ildən Bizansdan yardım tələb etdi və növbəti il boyunca onunla müttəfiq oldu. Hər iki imperiya mübarizənin mərkəz nöqtəsi olan Petra qalasında Lazikanın kontrolu üçün vuruşurdu. Nəhayət, II Qubazes müharibənin səmərəsiz ardıcıllığına görə Bizans generalitetləri ilə savaş başlatdı və onlar tərəfində öldürüldü.
II Qubazes | |
---|---|
გუბაზ II | |
Lazika kralı | |
541 – 555 | |
Əvvəlki | I Tzat |
Sonrakı | II Tzat |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən geci 541 |
Vəfat tarixi | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Fəaliyyəti | monarx |
Anası | Valeriana |
Həyatı
redaktəQubazesin anası Valeriana Bizans mənşəli idi. Tzat ilə Valerianın evliliyi Bizans və Lazika münasibətlərini yaxşılaşdırmaq üçün edilən erkən nikah diplomatiyalarından biri kimi yadda qalır.[1] Lazik krallığı və Bizans imperiyası arasında olan münasibətləri yaxşılaşdırmaq məqsədilə daha əvvəllər də senator aristokratiya Bizans qadını ilə evlənib. Belə ki, Qubazesin əmisi kral Opsites (hakimiyyət illəri bilinmir) Teadora adlı bir zadəgan qadınla evlənmişdi. Məlumdur ki, Qubazesin özündən balaca Tzat adlı qardaşı vardı, Qubazes öldürüldükdən sonra o, II Tzat adı ilə taxta çıxmışdı. Qubazes evlənib uşaqları olsa da, nə onun arvadının, nə də uşaqlarının adları bilinir.[2] Qədim salnamələrdə Qubazesin atasının adı çəkilmir. Qafqazın tarixi və geneologiyası üzrə mütəxəssis proffesor Kiril Tumanov belə bir fərziyyə irəli sürmüşdür: Qubazes I Tzatın birinci oğlu və birbaşa varisi olmuş, əmisi Opsites isə faktiki olaraq, dövləti idarə etməmişdir.[3]
İstinadlar
redaktə- ↑ Braund, 1994. səh. 286.
- ↑ Martindale, Jones və Morris, 1992. səh. 559, 955, 1242; Bury, 1958. səh. 100.
- ↑ Martindale, Jones və Morris, 1992. səh. 559.