Ii Kultepe Yasayis Yeri Maxta Serur - Wikipedia
II_Kültəpə_yaşayış_yeri_(Maxta,_Şərur) - Haqqında Məlumat
II Kültəpə (və ya II Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə Qortçulu yeri adlanır.
Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli gil qab sınıqları, ocaq qurğularının hissələri və dən daşlarından ibarət yerüstü materiallar toplanmışdır. Aşkar edilmiş maddi mədəniyyət nümunələri Kür-Araz mədəniyyəti üçün səciyyəvi olub[1] I Maxta Kültəpəsi ilə eyniyyət təşkil edir. II Kültəpədə yalnız kəşfiyyat xarakterli tədqiqat aparılmışdır.
Tədqiqatlar nəticəsində abidədən çəhrayı və boz rəngli qab sınıqları, ocaq qurğularının hissələri toplanmışdır.
- ↑ S. H. Aşurov, V. H. Əliyev – Maxta tunc dövrü abidələri, "Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 1992, səh 105