Ii Filibert Savoyya Hersoqu - Wikipedia
II Filibert (it. Filiberto II di Savoia) və ya Yaraşıqlı Filibert (it. Filiberto il Bello) (10 aprel 1480, Pon-d'En, En (departament) – 10 sentyabr 1504, Pon-d'En, En (departament)) — Savoyya hersoqu. Atası Savoyya hersoqu II Filipp, anası isə Burbonlu Marqaritadır.
II Filibert | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1480 |
Doğum yeri | |
Vəfat tarixi | 10 sentyabr 1504 (24 yaşında) |
Vəfat yeri | |
Atası | II Filipp (Savoyya hersoqu) |
Həyat yoldaşları | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1496-cı ildə atası II Filipp gözlənilmədən Savoyya hersoqu olmuşdu və taxt iddiasını gücləndirmək məqsədilə varisi olan 16 yaşlı oğlu Filiberti sələfinin 9 yaşlı bacısı Yolanda ilə evləndirmişdi. Yolanda Savoyya hersoqu I Çarlzın qızı və onun şəcərəsindən gələn ən böyük varis idi. Atasının qısa səltənəti və ölümünün ardından Filibert taxta çıxdı. Ancaq 2 il sonra xanımı Yolanda vəfat etdi və Filibertin taxt iddiası zəiflədi. Bu səbəblə Filibert Avropanın böyüyən gücü Habsburqlara yaxınlaşmağa başladı. Siyasi məqsədlərlə 1501-ci ildə Müqəddəs Roma imperatoru I Maksimilyanın qızı Marqarita ilə evləndi.
II Filibert 1504-cü ildə plevrit səbəbilə geridə varis buraxmadan vəfat etdi. Bu səbəblə taxta ögey qardaşı Çarlz çıxarıldı.
Mənbə
redaktə- Hand, Joni M. (2013). Women, Manuscripts and Identity in Northern Europe, 1350–1550. Ashgate Publishing.
- Scott, John Beldon (2003). Architecture for the Shroud, Relic and Ritual in Turin. University of Chicago Press.
- Ward, A. W.; Prothero, G. W.; Leathes, Stanley, eds. (1934). The Cambridge Modern History. Vol. XIII. Cambridge at the University Press.