Ii Iovannes - Wikipedia
II İovannes (II İovannes Qabelian, İoann, ?—574) — erməni katolikosu (557—574 ).
II İovannes | |
---|---|
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | 573[1] |
Vəfat yeri | |
Fəaliyyəti | xristian din xadimi[d] |
565-ci ildə Dvində nestorianlıq və xalkidonçuluq əleyhinə üçüncü kilsə yığıncağı təşkil etmişdir. Onun iki məktubu məlumdur, hansı ki Albaniyanın və Süniyin dini rəhbərlərindən nestorianlığa qarşı təcili tədbirlər görülməsini istəyir. Albaniya katolikosu Abbasa ünvanlanladığı birinci məktub Moisey Kalankatlı tərəfindən "Alban ölkəsinin tarixi"nin ikinci kitabına daxil edilmişdir[2]. İkinci məktub isə Sünik hakimi Mir-Artaşirə və Sünik yepiskopu Vrtanesə ünvanlanışdır. Hər iki məktubun mətni "Məktublar kitabı"ında zamanəmizə qədər gəlib çatıb[3].
İovannes Ermənistanın Ayrarat tarixi vilayətinin Qabexian kantonunda olan Syun Tseqhoun kəndindən idi[4].
Onun katolikosluğu dövründə Ermənistan İran işğalı altında idi. 571-ci ildə Sasani şahı I Xosrov Dvində atəşpərəst məbədi tikdirdi. Bu zaman Ermənistan paytaxtında III Vardan Mamikonyanın başçılığı altında üsyan qalxdı[5]. İovannes üsyanı dəstəklədi. 572-ci ildə Dvin iranlılar tərəfindən tutuldu və İovannes Bizans torpaqlarına qaçdı. O, orada imperator II Yustindən komək istəyir[6]. İmperator kömək etməyə bu şərtlə razı olur ki, Erməni kilsəsi tərəfindən rədd edilən xalkidonçuluğu qəbul etsinlər.
İstinadlar
redaktə- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Moisey Kalankatuklu, 2006. səh. 296
- ↑ Хайазг
- ↑ Grousset, 1947. səh. 243
- ↑ Garsoïan, 2004. səh. 108
- ↑ Mahe, 2007. səh. 203
Ədəbiyyat
redaktə- Moisey Kalankatuklu. II kitab // Albaniya tarixi (10000 nüs.). Bakı: Avrasiya Press. 2006. səh. 130. ISBN 9952-421-52-2 , 978-9952-421-52-1.
- Ованн II Габагеанци // Армянская энциклопедия "Хайазг" (rus).
- Grousset René. Histoire de l’Arménie des origines à 1071. Paris: Payot. 1947.
- Mahé Jean-Pierr. Affirmation de l'Arménie chrétienne (vers 301-590). 2007.
- Nina Garsoïan. The Marzpanate (428-652). (ingilis). New York. 2004. ISBN 978-1-4039-6421-2.