Iii Ugurlu Xan Ziyadoglu Qacar - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Uğurlu xan Ziyadoğlu-Qacar — Gəncənin sonuncu xanı Cavad xanın oğlu.
III Uğurlu xan Ziyadoğlu-Qacar | |
---|---|
Uğurlu xan Cavad xan oğlu Ziyadoğlu-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | XIX əsr |
Atası | Cavad xan |
Həyatı
redaktəUğurlu xan Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. O, 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlub olub İrana getməyə məcbur oldu. O, 1826-cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə İkinci Rus-İran müharibəsi zamanı yenidən Gəncəyə qayıtsa da, 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, İrana qayıda bildi.[1]
Şamxor döyüşündən sonra Uğurlu xan bacısı Püstə bəyimi özü ilə İrana apardı. 1826-ci ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi.
Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi. O, sonradan da özünün kiçik dəstəsi ilə iki dəfə Azərbaycanın içərilərinə doğru irəliləmiş, hətta yenidən Gəncəni ələ keçirməyə də cəhd göstərmişdi.
Ailəsi
redaktəUğurlu xan 1801-ci ildə qohumu Məhəmməd xanın qızı Şərəfcahan bəyimlə ailə qurmuşdu. Məmmədqulu xan, Cavad xan adlı oğlu, Bədircahan bəyim, Böyük bəyim, Nazənin bəyim, Telli bəyim adlı qızları vardı.
- Xurşidbanu Natəvanın ana babasıdır.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
Həmçinin bax
redaktə- ↑ Süleyman Əliyarlı. Azərbaycan tarixi.