Iii Leopold - Wikipedia
III Leopold (3 noyabr 1901[1][2][…] – 25 sentyabr 1983[1][2][…]) — Belçikanın 4-cü kralı, 1934-1951–ci illərdə Belçika kralı olmuşdur.
III Leopold | |
---|---|
fr. Léopold III | |
23 fevral 1934 – 16 iyul 1951 | |
Əvvəlki | I Albert |
Sonrakı | Boduen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 noyabr 1901[1][2][…] |
Vəfat tarixi | 25 sentyabr 1983[1][2][…] (81 yaşında) |
Vəfat səbəbi | cərrahiyyə əməliyyatından şikayət[d] |
Təhsili | |
Fəaliyyəti | monarx, entomoloq, siyasətçi, fotoqraf |
Atası | I Albert (Belçika kralı) |
Anası | Bavariyalı Yelizaveta (Belçika kraliçası) |
Həyat yoldaşları |
|
Uşaqları |
Jozefina-Şarlotta Boduen II Albert Şahzadə Aleksandr Mariya-Kristina Mariya-Esmeralda |
Ailəsi | Saksen-Koburq-Qot sülaləsi |
Dini | katolisizm |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKral I Albert və kraliça Yelizavetanın oğludur. 1901-ci il 13 noyabrda Brüsseldə anadan olmuşdur. 1926-ci ildə Stokholmda olarkən İsveç şəhzadəsi Astrid ilə qarşılaşmış və onunla evlənmişdir. Bu evlilikdən 3 övladı dünyaya gəldi. Şahzadə Astrid 1935-ci ildə yol qəzasında dünyasını dəyişmişdir.
1936-cı ildə alman təhlükəsi qarşısında Belçika hökuməti bitərəfliyini elan etmişdir. I Dünya Müharibəsi zamanı Almaniya Belçikanı işğal etmişdi. Bu hadisədən sonra Belçika hökuməti almanlara qarşı mübarizə aparmaq qərarına gəlməsinə baxmayaraq, kral III Leopoldun əmri ilə ölkə qeyd-şərtsiz Üçüncü Reyxə təslim olmuşdur. Bu qərar krala əks olan qüvvələr tərəfindən narazılıqla qarşılanmışdır.
1941-ci ildə Lilian Baels ilə evlənən kralın bu evlilikdən 3 övladı dünyaya gəlmişdir. 2-ci evlilikdən doğulan uşaqlar şahzadə titulu daşıyırdı lakin, kral taxtına varis hesab edilmirdilər.
1944-cü ildə alman ordusu Belçikadan çəkilmişdir. Ölkədə krala qarşı olan narazılıqlara görə III Leopold Hitler Almaniyası ordusunun köməyi ilə Almaniyaya qaçırılmışdır. Daha sonra isə Amerika ordusu tərəfindən Avstriyaya aparılmışdır. Belçika xalqı kralın ölkəyə qayıtmasını istəmirdi buna görə də krallığa qardaşı Şahzadə Çarlz vəkalət edirdi.
Belçikada 1950-ci ildə keçirilən referendumun nəticələrinə əsasən xalq III Leopoldun ölkəyə qayıtmasına qarşı çıxsa belə, kralın geri qayıtmasına icazə verilmişdi. Bu hadisənin nəticəsində Belçikanın cənubunda üsyan baş verdi. Üsyanı yatırtmaq üçün kral oğlu Şahzadə Baduini krallığa vəkil təyin etmişdir. 1951-ci ildə vəziyyətin düzəlməməsi nəticəsində kral taxtı rəsmi olaraq oğluna vermişdir. Oğlu evlənənədək krallığın işləri ilə özü məşğul olmuşdur. Daha sonra Argenteuildə yerləşən imarətgahına getmiş və ömrünün qalan hissəsini elm və kəşflərə həsr etmişdir.
III Leopold 1983-cü ildə Belçikada vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Leopold III // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Léopold III, Roi des Belges // The Peerage (ing.).