Iii Kazimir - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
III Kazimir (pol. Kazimierz III Wielki; 30 aprel 1310[1][2][…] – 5 noyabr 1370[1][2][…], Krakov) — Polşa kralı.
III Kazimir | |
---|---|
pol. Kazimierz III Wielki | |
Polşa kralı[d] | |
25 aprel 1333 – 5 noyabr 1370 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1310[1][2][…] |
Vəfat tarixi | 5 noyabr 1370[1][2][…] (60 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | xristianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXIV əsrin 40-cı illərində Vladimir-Volın, Lutsk, Lvov, Ostriq və sair şəhərlərdə baş verən xalq qiyamları alman mühacirlərinin əksəriyyətinin qırğını ilə nəticələndi. Daxili çəkişmələr nəticəsində zəifləyən Qaliç-Volın knyazlığı XIV əsrin II yarısında öz müstəqilliyini itirdi, onun qərb əraziləri Polşa tərəfindən işğal olundu. Yerdə qalan ərazilər Böyük Litva knyazlığının tərkibinə qatıldı. Həm Polşa, həm də Litva dövlətləri alman torpaqları ilə sıx ticarət əlaqələrinin qurulmasında maraqlı idilər. Polşa kralı III Kazimir (1333–1370) 1349-cu ildə qərbi-rus şəhərlərində yaşayan alman mənşəli sənətkarların, tacirlərin hüquqlarının daha da genişləndirilməsinə yönələn fərman imzaladı. ABŞ tarixçisi Orest Subtelninin yazdığına görə, XIV əsrin sonlarına Volının, Qalitsiyanın şəhərlərində "almanlara məxsus onlarla sənətkar sexləri, tacir gildiyaları fəaliyyət göstərirdi". XIV–XV əsrlərdə Maqdeburq şəhər hüququnun Polşa və qərbi-rus şəhərlərində qəbul edilməsi bu ərazilərə alman millətindən olan çoxsaylı ticarət adamlarının, sənətkarların köçməsinə səbəb oldu. Qərbi-rus şəhərləri — Syanokda, Lutskda, Koveldə, Vladimir-Volında, Torçində, Striydə, Lvovda və sair şəhərlərdə alman sənətkarlarının, tacirlərinin məhəllələri meydana gəlmişdi. Onlar german və rus torpaqları arasındakı ticarət əlaqələrində vasitəçi rolunu yerinə yetirirdilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Gotthold K.S. Rhode Casimir III // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Casimir III, King of Poland // The Peerage (ing.).