Iii Aleksandrin Bakiya Seferi - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur.[1]. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu.
İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı [2]. Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü.
8 oktyabr 1888-ci il
redaktəImperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür [3].
Imperatriça Mariya Fyodorovna Bakı ictimaiyyətini təmsil edən xanımlar tərəfindən qarşılanmış, qubernatorun arvadı imperatriçaya gül dəstəsi təqdim etmişdi. Xanımların arasında bahalı parçalardan tkilmiş milli kostyumlar geyinmiş müsəlman qadınlar da var idi. Şəhərin başçısı podnosda qızıldan hazırlanmış buketin içərisində gül dəstəsi təqdim etmişdi. Buketin bir tərəfində "1888ci il, Bakı" sözləri təsvir olunmuş, digər tərəfində isə brilyantlarla İmperatriçanın soyadının və adının baş hərflərini əks etdirən baş sancağı bərkidilmişdi. Küçələrdə xalq kütlələri toplanmışdı. Şəhər, hətta faytonlar və arabalar bayraqlarla bəzədilmişdi.
Imperatorun ailəsi vağzaldan kilsəyə yola düşdü. Kilsədə təntənəli şəkildə qarşılanan imperator buradan qubernatorun evinə getdi. Qubernatorun evinin girəcəyində Abşeron piyada polkunun əsgərlərindən ibarət fəxri qaravul dəstəsi düzülmüşdür [4]. Evin qarşısındakı meydançaya Bakı quberniyasının bütün təbəqələrini təmsil edən nümayəndələr toplanmışdır. Onların arasında həmçinin Dağıstan vilayətini təmsil edən general-mayor Çavçavadze, general-mayor Qaydarov, general-leytenant Komarovu başçılıq etdiyi Zakaspi vilayətinin nümayəndələri, Mərv dairəsinin rəisi Alixanov da var idi. Burada imperatorun önündən Abşeron polku təntənəli marşla keçmişdir [5]
Gündüz saat 3-də imperatorun ailəsi Marinsk qadın gimnaziyasına gəlmişdir. Burada onu şəhərin başçısı və gimnaziyanın rəhbərliyi qarşılamışlar. İmperatorun ailəsi buradan müqəddəs Nina qadın gimnaziyasına yola düşmüş və burada onu vitse-qubernator İ.A.Benislavsk qarşılamışdır.
İstinadlar
redaktə- ↑ Приложения // Кавказский календарь на 1889 / Кавказский Статистический комитет. — Тифлис, 1888. — С. 61. — 530 с.
- ↑ газ. «Кавказ», № 294. — Тифлис, 1888.
- ↑ Приложения // Кавказский календарь на 1889 / Кавказский Статистический комитет. — Тифлис, 1888. — С. 62. — 530 с.
- ↑ Приложения // Кавказский календарь на 1889 / Кавказский Статистический комитет. — Тифлис, 1888. — С. 63. — 530 с.
- ↑ Приложения // Кавказский календарь на 1889 / Кавказский Статистический комитет. — Тифлис, 1888. — С. 65. — 530 с.