I M The Trend - Wikipedia
I'm the Trend – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. Qrupun fanatlarına həsr olunmuşdur. 7 iyul 2020-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. Sinql qrup üzvləri Minni və Uqi tərəfindən bəstələnmişdir. Mahnı qrupun 5 iyul 2020-ci ildə baş tutmuş ilk onlayn konserti "I-Land: Who Am" zamanı ifa olunmuş və 3 avqust 2020-ci ildə buraxılmış "Dumdi Dumdi" sinql albomuna daxil edilmişdir.
"I'm the Trend" | ||||
---|---|---|---|---|
(G)I-dle tərəfindən "Dumdi Dumdi" albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 7 iyul 2020 | |||
Janr | dans-pop | |||
Dil |
|
|||
Müddət | 3:28 | |||
Prodüser | ||||
Sözlərin müəllifi |
|
|||
Leybl | ||||
Studiya | Cube Studio | |||
(G)I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"I'm the Trend" — YouTube platformasında
|
Buraxılması
redaktə"Cube Entertainment" 28 iyundan 2 iyula qədər "(G)I-dle" qrupunun mahnılarına aid stikerlər paylaşaraq mahnı haqqında tizer vermişdir.[1][2] Fanatlar bu tizerin qeyd olunan mahnıların yaponca versiyaları haqqında olduğunu düşünmüşdürlər.[3] 5 iyulda rəqəmsal sinqlın tizeri yayımlanmışdır.[4] Mahnı üçün xüsusi klip 7 iyul 2020-ci ildə buraxılmışdır.[5]
"I'm the Trend" Minni tərəfindən yazılmış üçüncü mahnıdır. O, bundan öncə 2018-ci ilin fevralında "Blow Your Mind" və 2019-cu ilin iyulunda "For You" mahnılarının yazılmasında iştirak etmişdir. Uqi ilk dəfə qrupun mahnılarından birini yazmış və bəstələmişdir.[6]
Musiqi və sözlər
redaktə"I'm the Trend" latın musiqisinə əsaslanan rəqs mahnısıdır. Mahnıda qrupun əvvəlki mahnılarına – "Oh My God", "Blow Your Mind", "Latata", "Lion", "Maze", "Uh-Oh" və "Senorita" mahnılarına aid sözlər yer almışdır.[7] Mahnı 3 dəqiqə 25 saniyə davam edir.[8]
Qəbul
redaktəMahnı ilk dəfə qrupun "I-Land: Who Am I" onlayn konsertində ifa olunmuşdur.[9] Mahnı "Gaon" rəqəmsal hit-paradında 96-cı yerdə debüt etmişdir.[10] Yükləmə və striminq hit-paradlarına 14-cü və 122-ci yerlərdə daxil olmuşdur.[11][12] 2020-ci ildə JOOX Honkonq Top Musiqi Mükafatının III mövsümündə "Ən yaxşı 20 Kpop mahnısı" kateqoriyasında namizəd olmuşdur.[13]
İstinadlar
redaktə- ↑ "Coming soon-!". (G)I-DLE Official Twitter (koreya). @G_I_DLE. June 28, 2020. August 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2024.
- ↑ "Coming soon-!". (G)I-DLE Official Twitter (koreya). @G_I_DLE. July 2, 2020. August 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2024.
- ↑ Huh Ji-hyung. "COMING SOON" (여자) 아이들, 새로운 티저 이미지에 궁금증↑…온라인 콘서트는 언제? ["COMING SOON" (G)I-DLE, curious about the new teaser image ↑..When is the Online concert?]. TopStarNews. June 29, 2020. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
- ↑ Kim Ji-hye. (여자)아이들, 팬송 'i'M THE TREND' 7일 발표..아트워크 티저 이미지 공개 [(G)I-DLE, fan song 'i'M THE TREND' announced on the 7th..Artwork teaser image released]. HeraldPop. July 6, 2020. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
- ↑ (여자)아이들((G)I-DLE) - 'i'M THE TREND' Lyric Video. (G)I-DLE official Youtube. July 7, 2020. July 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2024.
- ↑ Lee Soo-min. (여자)아이들, 민니·우기 자작곡…7월 콘서트서 공개. Newsis. June 25, 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
- ↑ Kim Ji-yeon. (여자)아이들, 자작곡으로 당찬 컴백 '여름 가요戰 합류'. eNews24. July 7, 2020. July 7, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 7, 2020.
- ↑ "Key and BPM of i'M THE TREND by (G)I-dle". musicstax.com (ingilis). 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
- ↑ Hong Seung-han. (여자)아이들. 첫 온라인 단독 콘서트 성료…'i'M THE TREND' 최초 공개 [(G) I-dle. First online solo concert completion… First release of'i'M THE TREND']. Sports Seoul. July 6, 2020. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
- ↑ "Digital Chart – Week 28 of 2020" (koreya). July 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2020.
- ↑ 2020년 28주차 Download Chart. Gaon Music Chart (koreya). July 5–11, 2020. January 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2020.
- ↑ 2020년 28주차 Streaming Chart. Gaon Music Chart (koreya). July 5–11, 2020. May 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2020.
- ↑ "【JOOX TOP MUSIC AWARDS 2020】第三季". JOOX Hong Kong. October 28, 2020. April 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2024.