Hovard Uebb - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hovard Uebb (ing. Howard Melton Webb) — ingilis futbol hakimi.
Hovard Uebb | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İngiltərə |
Fəaliyyəti | futbol hakimi |
Fəaliyyət illəri | 1993-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞeffilddə polis idarələrinin birində çalışmış Uebb şəhərin küçələrindəki asayişin qorunması ilə məşğul olub. O, ötən ilin yayında Avropa çempionatının (AÇ) final mərhələsinin oyunlarının startına az qalmış polisdən tərxis olunub. Bu, bütün diqqətini hakimliyə yönəltməklə bağlı olub. Ancaq belə razılıq əldə olunub ki, Hovard beş ildən sonra polisə qayıda bilər.
Hakimliyə 1989-cu ildə, 18 yaşında başlayan ingilis həmin vaxt doğma şəhəri Roterhemdə yarışlarda idarəçiliyə başlayıb. Hakimliyin sirlərini vaxtilə bu sahədə çalışan atasından öyrənən Hovard 2000-ci ildə Milli Liqanın futbol hakimləri siyahısına daxil edilib. Bundan üç il sonra isə artıq Premyer Liqada idarəçilik etmək hüququ əldə edir. Beynəlxalq arenaya 2005-ci ildə FİFA referisi dərəcəsi alandan sonra çıxan Hovard noyabrın 15-də Şimali İrlandiya və Polşa yığmaları arasında keçirilən yoldaşlıq görüşündə (1:1) debüt edib.
Onun beynəlxalq arenada ilk ciddi sınağı 2006-cı ildə 21 yaşlılardan yığmaların Portuqaliyada keçirilən AÇ-nin final mərhələsi oyunları zamanı olub. Həmin ildən Çempionlar Liqasına yolu açılan Uebb sentyabrın 26-da keçirilən Styaua Buxarest – "Lion" (Fransa) (0:3) görüşündə debüt edib. Növbəti ildə isə 20 yaşlılardan ibarət yığmalar arasında Kanada keçirilən dünya çempionatının final mərhələsində hakimlərdən biri olub.
Bununla belə, onun üçün beynəlxalq miqyasda ilk mötəbər turnir ötən ilin yayında keçirilən AÇ-nin final mərhələsi olub. Həmin yarışda yalnız qrup mərhələsində iki oyun idarə edən dazbaş hakim Avsrtiya–Polşa (1:1) və Yunanıstan – İspaniya (1:2) görüşündə baş hakim olub. Uebbin AÇ-nin finalında debütü qalmaqalla nəticələnib. Belə ki, o, oyunun 92-ci dəqiqəsində polşalılar hesabda 1:0 irəlidə olarkən onun qapısına penalti zərbəsi təyin edərək, onları qələbədən məhrum edib. Bununla da Hovard Avstriyanın AÇ-nin final mərhələsində ilk qolunu vurmasına, ilk xalını qazanmasına, polşalıların isə qəzəbinə səbəbkar olub.
Uebbin hakimlik karyerasında ən parlaq oyun kimi 2007-ci ilin fevralın 25-də Çelsi və Arsenal arasında İngiltərə Liqa kubokunun final oyununu göstərmək olar. Belə ki, kütləvi dava-dalaşla müşahidə olunan həmin görüşdə birdən-biri üç futbolçuya qırmızı vərəqə göstərərək, onları meydandan qovub. Bunlar hazırda Mançester Siti klubunda oynayan "Arsenal"ın sabiq futbolçuları Kolo Ture ilə Emmanuel Adebayor, habelə "Çelsi"nin futbolçusu Con Obi Mikel idi. Yeri gəlmişkən, Hovard vərəqə vermək baxımından xəsislik etməyən hakimlərdəndir. O, son AÇ-də 10 sarı vərəqə göstərib və bir penalti zərbəsi təyin edib.
Qeyd edək ki, Uebbin ÇL-də ən mötəbər oyunu ¼ final görüşü olub. O, turnirdə ötən mövsüm Barselona klubunun evdə Bayern Münhen klubunu darmadağın etdiyi görüşü (4:0) idarə edib.