Hovannes Kacaznuni - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hovanes Kacaznuni (erm: Յովհաննէս Քաջազնունի; 14 fevral 1868, Axalsıx, Rusiya imperiyası – 15 yanvar 1938, İrəvan, Ermənistan SSR, SSRİ) — 1918-ci ildə qurulan Ermənistan hökumətinin ilk baş naziri və "Daşnaksütyun" partiyasının liderlərindən.
Ovanes Kacaznuni | |
---|---|
erm. Յովհաննէս Քաջազնունի | |
Ermənistan Demokratik Respublikası Baş naziri | |
1918 – 1919 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Aleksandr Xatisyan |
Ermənistan Demokratik Respublikası Parlamentinin sədri | |
1920 – 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1868 |
Doğum yeri | |
Vəfat tarixi | 15 yanvar 1938 (69 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, memar, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi. 1923-cü ildə "Daşnaksütyun" partiyasından çıxdığını elan edib, 1925-ci ildə SSRİ-yə qayıtmışdır. Ermənistan SSR Dövlət Plan Komitəsində işləyib, İrəvan Universitetində dərs deyib, 1931-ci ildə istefa verib. 1937-ci ildə həbs olunub, 1938-ci ildə həbsxanada ölmüşdür.[1]
İstinadlar
redaktə- ↑ "Л. Г. Протасов. Люди Учредительного собрания: портрет в интерьере эпохи. М., РОСПЭН, 2008". 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.