Hope Ve Faith Film - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hope & Faith | |
---|---|
ing. Hope & Faith | |
Janr | komediya filmi |
Baş rollarda | |
Distribütor | Disney–ABC Domestic Television[d] |
Müddət | 22 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
IMDb | ID0366025 |
Haqqında
redaktəSerialın baş rollarını Faith Ford və Kelly Ripa paylaşıb. Hope Shanovski (Ford) əri (Ted McGinley canlandırıb) və üç uşağı ilə birlikdə yaşayan evdar xanımdır. Faith Fairfield (Ripa) Hope-un bacısıdır və oynadığı serialda öldürülmüş bir ulduzdur, o, məhz bu səbəbdən Hope-un evinə köçür. Serialın yaradıcısı olan, "The Bold and the Beautiful"un keçmiş üzvü Joanna Johnson seriala öz həyatından hissələr qatıb. Həmçinin seriala Toni Körtis, Dean Cain, Robert Uagner, Regis Philbin (Ripanın "Live with Regis and Kelly" verilişindən aparıcı həmkarı), Kathie Lee Gifford (Regisin keçmiş aparıcı həmkarı), Jenny McCarthy, Jaclyn Smith, Louise McCafferty və Mark Consuelos (Ripanın həyat yoldaşı) kimi qonaq aktyor və aktrisalar qatılıb.
Həmçinin serial digər ölkələrdə də yayımlanıb və hətta Türkiyədə "Belalı Baldız" adı altında türk aktyor və aktrisa heyəti ilə türk versiyası çəkilib.
Obrazlar
redaktəHope Fairfield-Shanovski (Faith Ford). Hope ailənin dirəyidir. O, adətən çox diqqətcildir və həmişə bacısının fikirləşdiyinin əksinə fikirləşir. O, Charlie ilə evlidir və üç uşağı var-Sydney, Hayley və Justin. O, əsl bir ev xanımıdır.
Faith Fairfield (Kelly Ripa). Faith Hope-un məşhur bacısıdır. O, "The Sacred and the Sinful" adlı serialda Ashley Storm rolunda oynayıb və Angela adlı pisniyyətli bir əkizi var. Faith çox tənbəldir və Hope-u həmişə gözlədir. O, yeni bir serialda rol almaq istəyir, amma bacarmır. Charlie Shanovski (Ted McGinley). Charlie Hope-un əridir. Onun Faithdən xoşu gəlmir və həmişə onu evdən atmağa çalışır. O, bezbol həvəskarıdır.
Sydney Shanovski (Nicole Paggi, 2003-2004, Megan Fox, 2004-2006). Sydney Hope və Charlienin ən böyük qızıdır. O, xalası Faith ilə vaxt keçirməyi çox sevir. Hayley Shanovski (Macey Cruthird). Hayley Hope və Charlienin balaca qızıdır. O, evin ağıllı qızı kimi təsvir edilir. Justin Shanovski ( Paulie Litt). Justin Hope və Charlienin tək oğludur. O, ağıllı uşaqdır və özünü böyük kimi göstərməyi çox sevir (bir-neçə seriyasında özünü Frank Sinatraya bənzətirdi). Justin atası ilə yaxşı keçinir və xalasını çox sevir.
- ↑ 1 2 fernsehserien.de (alm.).