Homeopatiya - Wikipedia
Homeopatiya (yun. ὅμοιος — «oxşar, bənzər» və πάθος - xəstəlik) — alternativ tibb növü.
"Oxşar oxşarı müaliə edir" (lat. Similia similibus curantur) konspepsiyası, homeopatlar tərəfindən rasional farmakoterapiya prinsiplərinə qarşı çıxır. Elm cəmiyyəti homeopatiyanı psevdo-elm[1], fırıldaqçılıq və dələduzluq hesab edir[2].
Homeopatik prinsipin nəzəri əsaslandırılması sağlam və xəstə orqanizmlərin fəaliyyəti ilə bağlı elmi fikirlərə uyğun gəlmir və aparılan homeopatik preparatların klinik sınaqları homeopatik dərmanların təsiri ilə plasebonun təsiri arasında heç bir fərq ortaya qoymur. Bu o deməkdir ki, homeopatik müalicədən sonra hər hansı bir müsbət duyğu plasebo effekti və xəstəlikdən təbii sağalma ilə əlaqədardır. Bəzi hesablamalar göstərir ki, homepatik preparatlarda aktiv maddənin ən az bir molekulunun olma ehtimalı sıfıra yaxındır.
Ümumdünya Səhiyyə Təşkilatı yoluxucu və digər ciddi xəstəliklərin homeopatik müalicəsinə qarşı xəbərdarlıq edir. Təşkilatın mütəxəssislərinə görə, "homeopatiyanın istifadəsinin heç bir sübut əsası yoxdur və əsas müalicəyə alternativ olaraq istifadə edildiyi hallarda insanların sağlamlığı və həyatı üçün real təhlükə yaradır".
Çox sayda peşəkar tibbi və ümumi elmi təşkilatlar, homeopatiyanın effektivliyinə dair sübut olmadığına görə açıq şəkildə mənfi münasibət bildirir. Hökumət orqanları arasında Britaniya Parlamentinin Elm və Texnologiya Komitəsi, ABŞ Federal Ticarət Komissiyası, Avstraliyanın Sağlamlıq və Tibbi Araşdırmalar üzrə Milli Şurası və digərləri tərəfindən homeopatiyanın effektivliyi ilə bağlı mənfi nəticələr verilmişdir.
2017 -ci ildə Rusiya Elmlər Akademiyası Rəyasət Heyəti yanında Psevdo-elm və Elmi Tədqiqatların Saxtalaşdırılması Komissiyası homeopatiyanı yalançı elm kimi tanıyan bir memorandum nəşr etdi. Memorandumda homeopatiyanın Rusiya səhiyyə sistemindən xaric edilməsinə yönəlmiş tövsiyələr var. Memorandumun bir hissəsi olaraq, komissiya, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinə, bələdiyyə və dövlət tibb müəssisələrində homeopatiyanın tibbi istifadəsini istisna etməyi təklif etdi və apteklərə homeopatik və dərman məhsulları birlikdə satmamağı tövsiyə etdi.
2015 -ci ildə homeopatik dərmanların qlobal dövriyyəsi 3,8 milyard dollar təşkil etmişdir.