Hipertonik Kriz - Wikipedia
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir.[1]
Hipertonik kriz | |
---|---|
XBT-10 | I16.1 |
XBT-9 | 401, 405 |
DiseasesDB | 7788 |
MedlinePlus | 000491 |
MeSH | D006974 |
Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı).[2]
Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin[a] yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir.[2]
Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur:[2]
Hipertonik kriz səbəbləri
redaktəKriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir:[2]
- yüksək psixoemosional gərginlik;[2]
- hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi;[2]
- antihipertenziv preparatların qəbulunun dayandırılması;[2]
- xörək duzunun izafi qəbulu;[2]
- alkoqoldan çox miqdarda istifadə;[2]
- bəzi ikincili hipertenziyalar və s.[2]
Hipertonik kriz əlamətləri
redaktəHipertonik kriz əlamətlərinə daxildir: intensiv baş ağrıları (yayılan və ya ənsə və yaxud gicgah nahiyəsində lokalizasiyalaşan), başda küy, başgicəllənmə, ürəkbulanma, qusma, görmənin pozulması (göz önündə qara nöqtələr).[3]
Təcili tibbi yardım xidmətinin çağırılması və həkim briqadası gələnədək xəstəyə ilkin yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər. Bunun üçün xəstəni uzatmaq və yarımoturaq vəziyyət vermək, təmiz hava qəbulunu təmin etmək (pəncərəni açmaq), titrəmə varsa ayaqları isitmək lazımdır. Arterial təzyiqi endirmək üçün təcili yardım preparatları verilməlidir: kaptopril çeynəmək, dil altına nitroqliserin tableti qoymaq, sidikqovucu dərman (furosemid) içmək və s. Xəstəyə ilkin yardım göstərildikdən sonra da xəstə bir neçə saat yataqda uzanmalıdır, əks təqdirdə ortostatik hipotenziya – təzyiqin kəskin enməsi və huşun itməsi baş verə bilər.[3]
Hipertonik krizlərin proqnozu və profilaktikası
redaktəHipertonik krizlərin proqnozu hədəf orqanların nə dərəcədə zədələndiyindən və təxirəsalınmaz yardımın vaxtında göstərilməsindən asılıdır.[2]
Hipertonik krizlərə qarşı əsas profilaktik tədbir kardioloq tərəfindən təyin edilmiş müalicəni əsla dayandırmamaq və göstərilmiş rejim və qaydalara riayət etməkdir. Hipertoniya xəstəliyini düzgün müalicə edən pasiyentlərdə hipertonik krizlər çox nadir rast gəlinir.[2]
Həmçinin bax
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 304.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Kardioloq Günay Novruzova. "Hipertonik kriz" (az.). hekimtap.az. 2020-07-22. İstifadə tarixi: 2020-04-23.
- ↑ 1 2 "Hipertonik kriz" (az.). med-portal.az. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-23.