Hidrotermal Yataqlar - Wikipedia
Hidrotermal-çökmə (stratiform) yataqları — bunlara hidrotermal çökmə mənşəyə malik və stratiform termini ilə adlandırılan yataqlar aiddir. Burada laylı yatım forması olmasına baxmayaraq mənşəyi qeyri — müəyyəndir. Bunların yaranması haqqında 3 hipotez var:
- İlkin — çökmə hipotez sonradan dəyişməyə məruz qaldığını göstərir.
- Yataqların hidrotermal, epigenetik əmələgəlmə hipotezi. Burada onların dərində yatmış püskürmə süxurların massivləri ilə əlaqədar olması söylənilir.
- Daha tutarlı hesab olunan yataqların poligen mənşəli olması haqqında hipotez. Burada fərz edilir ki, yataqlar çökmə qatların inkişaf etdiyi və püskürmə süxurların massivlərinin olmadığı səthlərdə yerləşir.
Yataqların tipləri
redaktəBunlara aiddir: Qumdaşı və şist laylarından Bornit – Xalkofilli tip , karbonat süxurlarındakı qalenit – sfaleritli, Kinovar – antimonitli tiplər.
Bornit — Xalkopiritli tipi — tərkibində yüksək miqdarda üzvi karbon qazı saxlayan, qumdaşı, şist və dolomitlərdən ibarət depresiyalarda yerləşir. Filiz cisimləri uyğun laylı, linzavari və lentvari, mayili yığımlarda yerləşir. Qalınlığı onlarla sm –dən ilk 10 m –lərə qədərdir. Mineral tərkibi nisbətən sadədir. Əsas mineralları xalkorin, bornit, xalkopirit, piritdir. 2-ci dərəcəli mineralları qalenit, sfalerit və s. Damar növləri kvars, kalsit, borit. Yataqları Qazaxıstanda Kerqazqan, Baykalyanıda Udakan, Almaniyada Marsveld, Əfqanıstanda Aynak, ABŞ, Meksika və digər ölkələrdədir
Qalenit – Sfaleritli tipi — karbonat süxurların qalın qatlarında toplanan filizli karbonat formasiyaları onlarla, yüzlərlə km uzanan yataq üçün dəqiq stratiqrafik və litoloji nəzarət, maqmatik kompleksin olmaması çoxmərtəbəli quruluşa malik laylı və linzavari yataqlar, kəsişən damarlar və boruyabənzər cisimlərə rast gəlinir. Yataqların uzanması 100 m -dən ilk km -ə qədər, yatma istiqaməti isə 800 – 1000 m -ə çatır.
Qalınlıq 0, 5 –dən 200 m -ə qədərdir. Filizlərin əsas mineralları siderit, qalenit, pirit, bornit, qurğuşun sulfoduzları kvars, flüoritdir. Filizlərin teksturası zolaqlı, laylı, damarcıqlı, möhtəvilidir. Strukturu isə xırdadənəlidir. Filizlərdə Pl və Zn qiymətli komponentlər Cu, Ag və Cd –dur. Yataqları Qazaxıstanda, Orta Asiyada 3 qulaq, Şamsar, Polşada Olkuş, Mərakeşdə, ABŞ, İtaliya, İran və digər ölkələrdədir.
Kinovar – Antimonit yataqları geosinklinalların stabilləşdiyi əyalətlərdə və ya aktivləşmə zonalarında yerləşir. Maqmatik süxurlarla bilavasitə əlaqəsi müəyyən edilir. Ona görə bu yataqları amaqmatogen adlandırırlar. Onlar gümbəz və sandıqvari quruluşlarda mürəkkəbləşmiş terrigen və karbonat kompleksləri arasında yatır. Filiz cismləri layları yığımlar, linzalar və ştoklarla təmsil olunur. Əsas filiz mineralları kinovar, antimonit, 2-ci dərəcəli reologen, auropiqment, xalkopirit, pirit, markozit və s. Əsas damar mineralları kvars, kalsit, boritdir. Yataqları Orta Asiyada Kadamjay, Kostxay, Heydərxan, Ukraynada Mikitakdır.[mənbə göstərin]