Heynrix Von Kleist - Wikipedia
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür.
Heynrix von Kleist | |
---|---|
alm. Bernd Heinrich Wilhelm von Kleist | |
Doğum tarixi | 18 oktyabr 1777[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 noyabr 1811[1][2][…] (34 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | dramaturq, şair, hekayə yazıçısı[d], romançı, yazıçı, şair-vəkil[d], publisist |
Əsərlərinin dili | alman dili |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu.
Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı. Orada dostlar əldə edən Kleist, onlara ilk tragediyası olan "Şroffenşteyn ailəsi" adlı əsərini oxudu.1802-ci ilin əvvəlində Almaniyaya dönərək Veymarda Höte,Şiller və Vielandı ziyarət etdi.Leypsiq və Drezdendə qısa müddət qaldıqdan sonra Parisə geri dönən Kleist, sonradan Berlindəki iş yerini Königsberqdəki dövlət dairəsi olaraq dəyişdirir.1807-ci ildə Drezdenə gedərkən fransız əsgərləri tərəfindən "casus" adı ilə həbs olunur. Həbsxanadan çıxdıqdan sonra Drezdenə gedən Kleistin yolu Heynrix Müllerlə kəsişir və onlar birlikdə 1808-ci ildə "Föbus" qəzetini nəşr edirlər.
Ölümü
redaktəKleist 1809-cu ildə Praqaya getdi və ən sonda Berlində yerləşdi. Orada "Berliner Abendblatter" qəzetini nəşr etdi. Təxminən o illərdə, tamamilə özü kimi yaşamaq məqsədi qalmamış Henrietti Vogel adlı alman qadın musiqiçisi ilə birlikdə oldu.1811-ci ildə xərçəng xəstəliyinin kəskinləşdiyini öyrənən Vogel, vəziyyəti Heynrixə deyir və özü qorxduğu üçün ondan onu öldürməsini xahiş edir. Heynrix isə Vogelə birlikdə intihar etməyi təklif edir. İkisinin də yaşamaq üçün heç bir məqsədi ypxdur və onlar razılaşırlar. Onsuzda Vogelə həkimləri tərəfindən çox yaşamayacağı deyilmişdi. Heynrix və Henrietti 1811-ci ilin 21 noyabr tarixində səhər Berlində yerləşən "Klener Vannsee" gölünün sahilində səhər yeməyi yeyirlər. Ardından Heynrix Henrietteni silahla ürəyindən vurur, sonra isə silahı öz ağzına söykəyir və tətiyi çəkir. Heynrixin yazıb qoyduğu intihar məktubunda bu sözlər diqqəti cəlb eləmişdir: "…Əsas məsələ budur ki, mənə bu planetdə heç bir yardım əli uzanmadı"
Kleistin bütün həyatı ideal və xəyali xoşbəxtliyi axtarmaqla keçmişdir və bu, çox əsərlərin də əks olunmuşdur. Kleist şimali Almaniyanın ən önəmli Romantik dövr dramaturqu sayılır. Kleist alman ədəbiyyatında önəmli yerə sahibdir.
Əsərləri
redaktə- Şroffenşteyn ailəsi (Die Familie Schroffenstein), (tragediya) (1803)
- Çilidə zəlzələ (Das Erdbeben in Chili), (novella) (1807)
- Amptryon (Amphitryon), (novella) (1807) (Molyerin komediyası ilə uyğunlaşdırılmışdır)
- Qırıq test (Der zerbrochne Krug), (komediya) (1808)
- Pentesile (Penthesilea), (tragediya) (1808) (Höte bu pyesi "səhnələndirilə bilməz" söyləyərək səhnəyə qoyulmağı rədd etmişdir)
- Die Marquise von O, (novella) (1808)
- Hermansçlaxt (Die Hermannsschlacht), (dram) (1809)
- Lokarno dilənçisi (Das Bettelweib von Locarno), (hekayə) (1810)
- Homburq şahzadəsi (Prinz Friedrich von Homburg), (dram) (1810)
- Balaca Katerina (La Petite Catherine de Heilbronn), (tarixi dram) (1810)
- Maykl Koxlaas (Michael Kohlhaas), (novella) (1811)
- Duel (Der Zweikampf), (novella) (1811)
- Küçə uşağı (Der Findling), (novella) (1811)
Haqqında yazılmış əsərlər
redaktə- Özləri ilə döyüşənlər, Stefan Sveyq (Kleist haqda olan fəsil)
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Heinrich von Kleist // Internet Broadway Database (ing.). 2000.
- ↑ Клейст Генрих фон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ https://wepa.unima.org/en/heinrich-von-kleist/.