Heyderzade Mehmed Pasa - Wikipedia
Heydərzadə Mehmed Paşa (ö. sentyabr 1654) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Heydərzadə Mehmed Paşa | |
---|---|
Əvvəlki | Əyyub Paşa |
Sonrakı | Nişançı Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Silistrə əyaləti, Osmanlı imperiyası |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra yüksələrək ocaq kəndxudası, 1642-ci ilin fevralında sekbanbaşı, 1644-cü ildə isə saray miraxuru təyin edildi. Ardından 5 aprel 1646-cı ildə Misir, 1647-ci ilin avqustunda Hələb, ardından Bağdad bəylərbəyi təyin edilib, 1648-ci ilin iyulunda vəzifədən azad edildi. Həmin ilin dekabrında üçüncü vəzir olaraq divana daxil oldu. Ardından 1650-ci ildə Diyarbəkir, 1651-ci ildə isə yenidən Bağdad bəylərbəyi təyin edildi. Ancaq 1653-cü ildə vəzifədən alındı və paytaxta gələrək burada bir müddət dövlət işlərindən uzaq durdu. Yaşı və dövlət təcrübəsi göz önünə alınaraq 1654-cü ilin mayında sədarət naibi təyin edildi və həmin ilin sentyabrında ordunun gəlişi ilə vəzifədən azad edilərək Silistrə sancaqbəyi oldu. Ancaq Silistrəyə gələr-gəlməz həbs edilərək edam olundu.
Mənbə
redaktə- Sicill-i Osmani IV, səh. 30