Heyderpasa Mescidi - Wikipedia
Heydərpaşa məscidi (yun. Χαϊντάρ-πασά τζαμί, türk. Haydarpaşa Camii) və ya əvvəlki adı ilə Müqəddəs Yekaterina kilsəsi ― Şimali Nikosiyada tarixi məscid. Məscid Lefkoşada Aya Sofiya katedralından sonra ən vacib qotik binadır.[3] Tikili Harri Lük tərəfindən adadakı qotik binaların ən yaxşı nümunələrindən birini təmsil edən əsər olaraq təsvir edilmişdir.
İslam | |
Heydərpaşa məscidi | |
---|---|
Ölkə | |
Üslubu | qotika |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTikili 14-cü əsrdə, Kipr krallığı dövründə inşa edilmiş və Müqəddəs Yekaterina kilsəsi adlandırılmışdır.[4] 1570-ci ildə Lefkoşanın Osmanlılar tərəfindən fəthindən sonra bura məscidə çevrilmişdir. Buraya tarixən "Ağalar camisi" deyilirdi. Çünki burada tez-tez onun ətrafında yaşayan türk yerli aristokratları rastlaşırdılar.[5] Məscid Kirlizade küçəsində yerləşir.[6]
Binanın sağ tərəfində Müqəddəs Yekaterinanın məzarının olduğu deyilən yer hələ 19-cu əsrdə qeyd edilmişdir. Kipr yunanları tez-tez gəlib burada yağ lampalarını yandırırdılar. Sağ tərəfdə qədim şəhərin Aya Sofiyanın minarələrindən sonra ən hündür minarəsi olan minarə yerləşir.[7] Tikilinin iki girişi var. Qərb qapısında üç dəfə təkrarlanan iki əjdaha arasında bir gül olan mərmər lintel var. Daha çox inşa edilmiş digər qapı isə cənub tərəfdədir.[3]
Məscidin sol tərəfində ona bitişik olan, yalnız bir neçə qotik tağın qaldığı yarı-dağınıq tikili yerləşir. Sağda isə bəzəkli və finiallı bir portal da var.
Tikilinin interyeri ağardılmış və xeyli zədələnmişdi.[7] Lakin ağartma 20-ci əsrin əvvəllərində götürülmüşdür və divarlardakı rəəsm izləri görülür.
Məsciddə həm mehrab (Məkkənin istiqaməti), həm də minbər sağ tərəfdə yerləşir.[7]
Bura hal-hazırda incəsənət qalereyası olaraq fəaliyyət göstərir[8] və əvvəllər nikah qeydiyyatı idarəsi olmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Historic Cyprus — A Guide to its Towns and Villages, Monasteries and Castles", by Rupert Gunnis (former Inspector of Antiquities in Cyprus), pub 1936, reprinted 1973 by Halkin Sesh Ltd, Nicosia. Pp 58–60
- ↑ "Haydarpasha Mosque (St Catherine's Church)". Cypnet. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2015.
- ↑ Keshishian, Kevork K. Nicosia: Capital of Cyprus Then and Now (2nd). Nicosia: The Moufflon Book and Art Centre. 186. (#empty_citation)
- ↑ Gürkan, Haşmet Muzaffer. Dünkü ve Bugünkü Lefkoşa (Turkish) (3rd). Galeri Kültür. 128–132. ISBN 9963660037. (#empty_citation)
- ↑ 1 2 3 Levkosia, the capital of Cyprus" by Archduke Louis Salvator, 1881
- ↑ Lonely Planet Cyprus, By Lonely Planet, Josephine Quintero, 2012