Herbert Fon Karayan - Wikipedia
Herbert fon Karayan (alm. Herbert von Karajan; 5 aprel 1908, Zaltsburq, Avstriya-Macarıstan - 16 iyul 1989, Anif, Avstriya) — avstriyalı dirijor. 35 il müddətinə Berlin Filarmonik Orkestri ilə çalışmışdır. Özündən sonra ən geniş diskoqrafiyalardan birini miras qoymuşdur.
Herbert fon Karayan | |
---|---|
Herbert von Karajan | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Heribert Ritter von Karajan |
Doğum tarixi | |
Doğum yeri | Zaltsburq, Avstriya-Macarıstan |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Anif, Avstriya |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Milliyyəti | Avstriya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Dirijor |
Fəaliyyət illəri | 1929-cu ildən |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Albom şirkəti | Doyçe Qrammofon[d] |
Əlaqəsi | Berlin Filarmonik Orkestri |
Təhsili | |
Mükafatları | |
karajan.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Genealogiyası
redaktəKarayanlar nəsli yunan-makedon[1][2] və ya Devid Binderin iddiasına görə arumın mənşəlidir[3] və Makedoniyadan gəlmişlər. Herbert fon Karayanın babası Georgios Yohannes Karayannis Osmanlı imperiyasının Rumeliya vilayətinin (indiki Yunanıstan ərazisi) Kozani şəhərində doğulmuş və 1767-ci ildə Vyanaya, sonradan isə Saksoniyanın Xemnits şəhərinə köçmüşdür. O və qardaşı Saksoniyada parça sənayesinin inkişafında böyük rol oynamış və xidmətləri qarşılığında Fridrix III Avqust tərəfindən 1 iyun 1792-ci ildə hər ikisinə əsilzadə titulu verilmişdir. Soyadlarındakı "fon" hissəciyi bundan irəli gəlir. Karayannis soyadı isə Karayan şəklinə düşmüşdür.
Karayan və səsyazma
redaktəHerbert fon Karayan 1980-ci illərdə yeni yaranan kompakt-disk texnologiyası əsasında rəqəmsal səs yazılarının məşhurlaşmasında mühüm rol oynamışdır. Həmçinin iddialara görə əvvəllər 60 dəqiqəlik olması nəzərdə tutulan kompakt-disklərin fon Karayanın xahişi ilə Bethovenin 9-cu simfoniyasının yerləşə bilməsi üçün 74 dəqiqəlik olmasına qərar verilmişdir.[4]
NSDAP-yə üzvlüyü
redaktə1933-1945-ci illərdə nasist partiyasının üzvü olması onun haqqında mənfi reputasiya formalaşdırmışdı. O partiya mənsubiyyətini inkar etməyə cəhdlər etsə də, sənədlər bunun əksini sübut edirdi.[5] Hətta 1938-ci ildə Yozef Gebbels onun haqqındakı məqaləsini "Möcüzəvi Karayan" adlandırmışdı. Gerinq və Gebbelsin sevimlisi olan Karayan bir çox konsertlərini nasist Almaniyasının hərbi marşlarından olan "Hörst Vessel" mahnısı ilə açardı. İsaak Stern və İtsxak Perlman kimi musiqiçilər onunla eyni konsertə çıxmaqdan imtina edirdilər.
Xarici keçidlər
redaktə- Vikianbarda Herbert fon Karayan ilə əlaqəli mediafayllar var.
- Herbert fon Karayan mərkəzinin saytı
- Herbert fon Karayan haqqında ingilisdilli sayt (ing.)
- Osborne R. Herbert von Karajan. A Life in Music Northeastern University Press, Boston, 2000
- Vaughan R. Herbert von Karajan. A Biographical Portrait W.W.Norton&Company, New York, London, 1986
- Robinson P.E. Herbert von Karajan. The Maestro as Superstar iUniverse, Inc. New York, 2007
- Ernst Haeusserman: Herbert von Karajan. Biographie. Goldmann, München 1983, ISBN 3-442-33100-5. (alm.)
İstinadlar
redaktə- ↑ Cramer, Alfred W. (2009). Musicians and Composers of the 20th Century-Volume 3. Salem Press. p. 758. ISBN 1-58765-515-2, 9781587655159. "The Life Herbert Ritter von Karajan (fahn KAHR-eh- yahn) was born to Ernst and Martha von Karajan, an upper-class family of Greek-Macedonian origin."
- ↑ Paul Robinson, Bruce Surtees (1976). Karajan. Macdonald and Janes. p. 6. "Herbert von Karajan was born in Salzburg April 5, 1908. Though an Austrian by birth, the Karajan family was actually Greek, the original surname being Karajanis or "Black John". The family had migrated from Greece to Chemnitz, Germany, and from there to Austria about four generations before Herbert."
- ↑ Binder, David. "Vlachs, A Peaceful Balkan People" in Mediterranean Quarterly
- ↑ http://www.snopes.com/music/media/cdlength.htm
- ↑ „Die NSDAP ist nicht der Alpenverein“, Eleonore Büning, 23. Jänner 2008, S. 11, (RTF-Datei, S. 17)