Henrix Edmund Nauman - Wikipedia
Henrix Edmund Nauman (alm. Heinrich Edmund Naumann; 11 sentyabr 1854, Maysen, Saksoniya – 1 fevral 1927, Frankfurt-Mayn) – Almaniya geoloqu. O, "Yaponiya geologiyasının atası" hesab olunur.[1]
Henrix Edmund Nauman | |
---|---|
Doğum tarixi | 11 sentyabr 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1927 (72 yaşında) |
Vəfat yeri |
|
İş yerləri |
|
Elmi fəaliyyəti
redaktəEdmund Nauman 1875-ci ildə Yaponiyaya gəlmiş[2] və 1875–85-ci illərdə Tokio Universitetinin geologiya üzrə ilk müəllimlərindən biri olmuşdur.[1] 1877–79-cu illərdə universitetdə professor kimi fəaliyyət göstərmişdir.[2] O, Yaponiyanın bir çox bölgəsində geoloji tədqiqatlar aparmışdır.[1] 1877-ci ildə Con Milne ilə birlikdə Oşima adasındakı vulkan püskürməsini tədqiq etmişdir.[3] Nauman Honşu adasının cənub-qərbi ilə şimal-şərqini ayıran Fossa-Maqna çatını kəşf etmişdir.[1] O, Yaponiyanın geoloji quruluşu barədə keçmiş tələbəsi Toyokiçi Harada ilə debatlar aparmışdır.[2][3] Naumanın təklifi ilə 1878-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinin tərkibində Yaponiya Geoloji Tədqiqatlar Qurumu təşkil olunmuşdur.[1] O, bu təşkilatda işləməyə başlamış və Yaponiyanın ilk geoloji xəritəsini tərtib etmişdir.[1] Nauman 1879-cu ildə Yaponiya arxipelaqının mənşəyi haqqında yazmağa başlamışdır.[3] O güman etmişdir ki, Yaponiya Yer qabığının üç qırışıqlığı nəticəsində formalaşmışdır və iki sadə dağ sistemindən ibarətdir.[3]
Nauman Yaponiya paleontologiyası ilə də məşğul olmuşdur.[3] O, Yaponiyada yaşamış tarix öncəsi fil fosilləri haqqında 1881-ci ildə yazı yazmışdır.[3] Kəşf etdiyi fil növünə onun şərəfinə Palaeoloxodon naumanni adı verilmişdir.[3]
Əsərləri
redaktə- "Geologische Arbeiten in Japan" (1901, "Yaponiyada geoloji iş")[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan, II cild (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 141. ISBN 0-87011-622-3. İstifadə tarixi: 12 noyabr 2022.
- Kodansha Encyclopedia of Japan, V cild (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 358. ISBN 0-87011-625-8. İstifadə tarixi: 12 noyabr 2022.
- Tanaka, Stefan. New Times in Modern Japan (ingiliscə). Princeton University Press. 2004. ISBN 0-691-11774-8. İstifadə tarixi: 12 noyabr 2022.