Hemorroy Xesteliyi - Wikipedia
Mərhələ | Diaqram | Rəsm |
---|---|---|
1 | ||
2 | ||
3 | ||
4 |
Babasil (ing. Hemorrhoid) — düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir. Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.
Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər.
Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir. Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır
Xəstəliyin risk faktorları
redaktə- xəstəliyə irsi meyilliliyin olması;
- bədən çəkisinin normadan artıq olması;
- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;
- ağır əşyaların qaldırılması;
- xroniki qəbizlik;
- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;
- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;
- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı)