Havalandirma Qurgusu - Wikipedia
Havalandırma qurğusu — böyük həcmdə kənd təsərrüfatı məhsullarının (ot, dənli bitkilər) hava axını ilə qurutmaq üçün tətbiq olunur. Əsas məqsədi məhsulun quru soyuq və ya isidilmiş hava ilə konservə edilməsindən ibarətdir. Bəzi hallarda qaz mübadiləsi və soyudulması üçün də istifadə olunur. Məsələn, kartofların saxlanmasında buna böyük ehtiyac yaranır.
Havalandırmanın ən geniş tətbiq olunduğu sahə biçilmiş otların qurudulmasıdır. Qurğunun əsas hissəsini mühərriklə işləyən üfürcək təşkil edir. Bu üfürcəklə aşağı təzyiqdə (bir neçə millibar) və böyük həcmdə (məsələn, 20000 m³/saat) hava axını yaratmaq olur. Hava, paylayıcı sistemin vasitəsilə əsas sahəyə yənəldilir və axınla məhsula daxil edilir. O, çox vaxt bir neçə metr yol qət edir. Otun havalandırılması zamanı onun rütubəti 40%-dan çox olmamalıdır. Sonra havalandırma qurğusu 10 gün ərzində otun rütubətliyini 15%-ə endirir. Bu zaman 1-2 g/m³ hava buxarlanması baş verir. Proses həm də madəllər mübadiləsində yaranan əlavə istiliklə müşayiət edilir. Quruma aşağıdan yuxarıya doğru baş verir. Sonuncu təbəqə də kondens qatı yarandığından heç də həmişə optimal qurumur. Havanın 5-8°K artıq qızdırılması qurutma vaxtını iki dəfə aşağı salır. Ancaq bu əlavə elektrik xərcləri tələb edir.
İstinadlar
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.