Haseki Sultan - Wikipedia
Hasəki Sultan (Osmanlı türkcəsi: حسکي سلطان) — Osmanlı padşahlarının kənizləri arasında övlad dünyaya gətirənlərin qazandığı status.
Hasəki sözü "padşahın gözdəsi" olaraq tərcümə edilir. Bu hasəkilər arasından ən güclüsü adətən ən böyük oğlan uşağının, yəni vəliəhdin anası olurdu. Bu səbəbdən uşaq dünyaya gətirməyən kənizlər hasəki adlanmırdı. Hasəkiliyə yüksələn kənizlərə kürk geyindirilir, qiymətli ziynət əşyaları hədiyyə edilirdi. Bundan sonrakı müddətdə xüsusi otaq, kəniz və xidmətçi ağalarla təmin edilirdilər. Padşah vəfat etdikdə qız uşağı olan hasəkilər dövlət aristokratiyasından bir nəfərlə evləndirilirdi. Oğlan anası olan hasəkilər isə Köhnə Saraya sürgün edilirdi. Qanuni Sultan Süleyman, I. Əhməd və I. İbrahimin hasəkiləri olan Hürrəm Sultan, Kösəm Sultan və Hüma Şah Sultan (Telli Hasəki) hasəkilər arasında ən məşhur olanlardır.
Osmanlı sultanlarının xanımlarının siyahısı
redaktəEvli olduğu Osmanlı sultanı |
Adı | Milliyəti | Haqqında |
---|---|---|---|
Osman Qazi | Rəbia Bala Xatun | ||
Malhun Xatun | |||
Orxan Qazi | Nilufər Xatun | ||
Asporça Xatun | |||
Teodora Xatun | |||
I Murad | Gülçiçək Xatun | ||
Tamara Xatun | |||
Füldanə Xatun | |||
I Bəyazid | Sultan Xatun | ||
Dövlət Xatun | |||
Olivera Despina Xatun | |||
Hafsa Xatun | |||
Fetrət dövrü | |||
I Mehmed | Əminə Xatun | ||
II Murad | Hüma Xatun | ||
Xədicə Həlimə Xatun | |||
Mara Xatun | |||
II Mehmed | Əminə Gülbahar Xatun | ||
Gülşah Xatun | |||
Sitti-Mükrimə Xatun | |||
Çiçək Xatun | |||
Helena Xatun | |||
Aleksias Xatun | |||
II Bəyazid | Nigar Xatun | ||
Şirin Xatun | |||
Gülruh Xatun | |||
Bülbül Xatun | |||
Hüsnüşah Xatun | |||
Gülbahar Xatun | |||
Ayşə Xatun | |||
Fərahşad Xatun | |||
I Səlim | Aişə Həfsə Sultan | ||
Ayşə Xatun | |||
I Süleyman | Fülanə Xatun | bilinmir | Haqqında yetərli məlumat yoxdur. Cariyə kökənli olub, Manisa sancaqbəyliyi dövründə Şahzadə Süleymana təqdim edildi. Şahzadə Mahmudun anası olduğu ehtimal olunur. Sultan Süleymanın taxta çıxmasıyla İstanbula gətirildi. Ancaq rəqiblərinin artması və oğlunun uşaq yaşlarında vəfat etməsi nəticəsində gözdən düşdü. Qalan həyatı ilə bağlı məlumat yoxdur. |
Gülfəm Xatun | bilinmir | Cariyə kökənli olub, Manisa sancaqbəyliyi dövründə Şahzadə Süleymana təqdim edildi. Burada yeganə övladı Şahzadə Muradı dünyaya gətirdi. Sultan Süleymanın taxta çıxmasıyla İstanbula gətirildi. Ancaq rəqiblərinin artması və oğlunun uşaq yaşlarında vəfat etməsi nəticəsində gözdən düşdü. Xürrəm Sultanın vəfatından sonra sarayda yenidən nüfuz qazansa da, bilinməyən bir səbəblə edam olundu. | |
Mahidövran Sultan | bilinmir / çərkəz | Cariyə kökənli olub, Manisa sancaqbəyliyi dövründə Şahzadə Süleymana təqdim edildi. Burada yeganə övladı Şahzadə Mustafanı dünyaya gətirdi. Sultan Süleymanın taxta çıxmasıyla İstanbula gətirildi. Ancaq rəqiblərindən Xürrəm Sultanın nüfuz qazanmasıyla gözdən düşdü. Oğlunun Manisa və Amasya sancaqbəyliyində yanında oldu. Onun edamından sonra Bursaya sürgün edildi və qalan ömrünü burada yaşadı. | |
Xürrəm Sultan | rus / ukraynalı | Cariyə kökənli olub, Sultan Süleymana səltənətinin ilk illərində təqdim edildi. Ard-arda Şahzadə Mehmed, Şahzadə Abdullah, Mihrimah Sultan, Şahzadə Səlim, Şahzadə Bəyazid və Şahzadə Cahangiri dünyaya gətirdi və qısa zamanda sarayda nüfuz qazandı. Saray ənənələrinə zidd olaraq, 1530-cu ilin iyulunda möhtəşəm bir mərasimlə nikahlandı. Sədrəzəm Parqalı İbrahim Paşa və Şahzadə Mustafanın edamında təqsirli görüldü. Oğlunun səltənətindən öncə vəfat etmiş, bu səbəblə Validə sultan ola bilməmişdir. | |
II Səlim | Nurbanu Sultan Baş hasəki Validə sultan |
venesiyalı / italyan | Cariyə kökənli olub, Konya sancaqbəyliyi dövründə Şahzadə Səlimə təqdim edildi. Ard-arda Gövhərxan Sultanı, Əsməhan Sultanı, Şah Sultanı, Şahzadə Muradı və Fatma Sultanı dünyaya gətirdi. Onun Konya, Manisa və ikinci dəfə Konya sancaqbəyliyində yanında oldu. Ərinin taxta çıxmasıyla baş hasəki ünvanı aldı və hərəmin idarəsini ələ aldı. Ardından oğlu Sultan Murad taxta çıxdı və beləcə, Validə sultan oldu. Dövlət idarəsiylə yaxından məşğul oldu. Gəlini Safiyə Sultanla nüfuz mübarizəsi apardı. Oğlunun səltənətində vəfat etdi. |
Səlimiyə Xatun | bilinmir | Cariyə kökənli olub, Manisa sancaqbəyliyi dövründə Şahzadə Səlimə təqdim edildi. Ertəsi il yeganə övladı Şahzadə Abdullahı dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla hasəki ünvanı alaraq İstanbula gətirildi. Baş hasəki Nurbanu Sultanla nüfuz mübarizəsi apardı. Bu saray intriqaları nəticəsində yeganə oğlu şübhəli şəkildə vəfat etdi. Oğlunun ölümünün ardından Trabzona sürgün olundu. Qalan həyatı ilə bağlı məlumat yoxdur. | |
III Murad | Safiyə Sultan Baş hasəki Validə sultan |
||
Nazpərvər Xatun | |||
Şəmsiruhsar Xatun | |||
III Mehmed | Handan Sultan Baş hasəki Validə sultan |
||
Həlimə Sultan Hasəki Validə sultan |
|||
I Əhməd | Mahpeykər Kösəm Sultan Hasəki Validə sultan |
||
Mahfiruz Xədicə Sultan Baş hasəki Validə sultan |
|||
II Osman | Aqilə Xatun | ||
Aişə Sultan | |||
Meylişah Xatun | |||
IV Murad | Aişə Hasəki Sultan | ||
Sultan İbrahim | Turhan Xədicə Sultan Baş hasəki Validə sultan |
||
Saliha Dilaşub Sultan Hasəki Validə sultan |
|||
Xədicə Müəzzəz Sultan Hasəki Validə sultan |
|||
Hüma Şah Sultan | |||
Şivəkar Sultan | |||
IV Mehmed | Rabiyə Gülnuş Sultan Baş hasəki Validə sultan |
||
Siyavuş Sultan | |||
II Süleyman | Xədicə Qadın Baş qadınəfəndi |
||
Bəhzad Qadın | |||
İvaz Qadın | |||
Süğlün Qadın | |||
Şahsüvar Qadın | |||
Zeynəb Qadın | |||
II Əhməd | Rabiyə Sultan Baş hasəki |
||
Şahəstə xanım | |||
II Mustafa | Saliha Sebkati Sultan Baş hasəki Validə sultan |
||
Şahsüvar Sultan Hasəki Validə sultan |
|||
Afifə Sultan | |||
III Əhməd | Əminə Mehrişah Sultan | ||
Rabiyə Şərmi Sultan | |||
Xürrəm Qadınəfəndi | |||
Əminə Musli Qadınəfəndi | |||
I Mahmud | Alicənab xanım | ||
Mihrişah xanım | |||
Ayşə xanım | |||
Hatəm xanım | |||
Verdinaz xanım | |||
Xədicə Rami xanım | |||
Təryal xanım | |||
Həbibə xanım | |||
III Osman | Leyla Qadınəfəndi | ||
Zevki Qadınəfəndi | |||
Fərxundə Əminə Qadınəfəndi | |||
III Mustafa | Mehrişah Sultan Baş hasəki Validə sultan |
||
Adilşah Sultan | |||
I Əbdülhəmid | Fatma Şəbsəfa Sultan | ||
Nükət-Səda Sultan | |||
Nəqşidil Sultan Hasəki Validə sultan |
|||
Aişə Səniyəpərvər Sultan Hasəki Validə sultan |
|||
III Səlim | Nafizər Qadınəfəndi | ||
Hüsnümah Qadınəfəndi | |||
Zibifər Qadınəfəndi | |||
Afitab Qadınəfəndi | |||
Rüfət Qadınəfəndi | |||
Nurişəms Qadınəfəndi | |||
Dimxoş Qadınəfəndi | |||
Qönçənigar Qadınəfəndi | |||
Məhbubə Qadınəfəndi | |||
Tabısəfa Sultan | |||
Nəfisə xanım | |||
Məryəm xanım | |||
Safizər xanım | |||
IV Mustafa | Şevkinur Qadınəfəndi | ||
Dilpəzir Qadınəfəndi | |||
Səyyarə Qadınəfəndi | |||
Peykidil Sultan | |||
II Mahmud | Nevfidan Pərtəvpiyalə Qadınəfəndi | ||
Bəzmialəm Sultan Hasəki Validə sultan |
|||
Aşubican Qadınəfəndi | |||
Hoşyar Sultan | |||
Pərtəvniyal Sultan Hasəki Validə sultan |
|||
Sultan Əbdülməcid | Sərvətsəza Qadınəfəndi Baş qadınəfəndi |
çərkəz | Validə Bəzmialəm Sultan tərəfindən saraya alınmışdır. 1837-ci ildə o illərdə hələ şahzadə olan Əbdülməcid Əfəndi ilə nikahlandı. Övladı olmamışdır. Ərinin taxta çıxmasıyla baş qadınəfəndi ünvanı aldı. Gülcamal xanımın vəfatının ardından onun övladları — Fatma Sultan, Rəfiyə Sultan və Şahzadə Rəşad Əfəndini himayəsinə aldı. Ərinin vəfatından sonra Kabataşdakı köşkə çəkildi və qalan ömrünü burada yaşadı. Sultan Əbdülhəmid tərəfindən zəhərlənərək öldürülməsiylə bağlı şaiyələr vardır. |
Hoşyar Qadınəfəndi İkinci qadınəfəndi |
gürcü | Validə Bəzmialəm Sultan tərəfindən saraya alınmışdır. 1839-cu ildə Topqapı sarayında Sultan Əbdülməcidlə nikahlandı və ikinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il padşahın ilk övladı Mevhibə Sultanı dünyaya gətirsə də, uşaq körpə yaşlarında vəfat etdi. Vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. | |
Şövqəfza Sultan İkinci qadınəfəndi Validə sultan |
abxaz | Sultan Mahmudun xanımlarından Nurtab xanım tərəfindən yetişdirilmişdir. 1 avqust 1839-cu ildə Topqapı sarayında Sultan Əbdülməcidlə nikahlandı və üçüncü qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Şahzadə Murad Əfəndi və Aliyə Sultanı dünyaya gətirsə də, bunlardan kiçiyi körpə ikən vəfat etdi. Hoşyar xanımın vəfatıyla ikinci qadınəfəndiliyə yüksəldi. Ərinin ölümünün ardından taxta çıxan Sultan Əbdüləzizə qarşı müxalif qüvvələri dəstəklədi. Nəticədə Sultan Əbdüləzizin taxtdan endirilərək qətlə yetirilməsi və oğlu Murad Əfəndinin taxta çıxmasını təmin etdi. Beləcə, Validə sultan oldu. Ancaq 3 ay sonra əqli zəifliyi səbəbilə taxtdan endirilən oğlu Sultan Muradla birlikdə Çırağan sarayına həbs olundu. Əli Suavi hadisəsinin ardından saraydan çıxması tamamilə qadağan edildi və ölümünədək burada yaşadı. | |
Tirimüjgan Sultan Üçüncü Qadınəfəndi |
çərkəz | 1840-cı ildə Sultan Əbdülməcidlə Bəylərbəyi sarayında nikahlandı və dördüncü qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Naimə Sultanı və Şahzadə Əbdülhəmid Əfəndini dünyaya gətirsə də, qızı körpə ikən vəfat etdi. Hoşyar xanımın vəfatıyla üçüncü qadınəfəndiliyə yüksəldi. Vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. Oğlunun səltənətindən öncə vəfat etmiş, bu səbəblə Validə sultan ola bilməmişdir. | |
Verdicanan Qadınəfəndi Üçüncü Qadınəfəndi |
abxaz | Əsl adı Salehə olub, 17 dekabr 1840-cı ildə Sultan Əbdülməcidlə Çırağan sarayında nikahlandı və beşinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Münirə Sultan və Şahzadə Kəmaləddin Əfəndini dünyaya gətirdi. Hoşyar xanımın vəfatıyla dördüncü, Tirimüjgan xanımın vəfatıyla isə üçüncü qadınəfəndiliyə yüksəldi. Ləl-cəvahirə və göstərişə meyilli olduğu bilinir. Gülüstü xanımın vəfatının ardından onun övladları — Mədihə Sultan və Şahzadə Vahidəddin Əfəndini himayəsinə aldı. Ərinin vəfatından sonra Fəriyə sarayına çəkildi və qalan ömrünü burada yaşadı. | |
Gülcamal Qadınəfəndi Dördüncü Qadınəfəndi |
boşnak | 1840-cı ildə Topqapı sarayında Sultan Əbdülməcidlə nikahlandı və altıncı qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Fatma Sultanı, Rəfiyə Sultan və Şahzadə Rəşad Əfəndini dünyaya gətirdi. Hoşyar xanımın vəfatıyla beşinci, Tirimüjgan xanımın vəfatıyla isə dördüncü qadınəfəndiliyə yüksəldi. Ancaq çox keçmədən vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. Ölümünün ardından övladları Sərvətsəza xanım tərəfindən böyüdüldü. Oğlunun səltənətindən öncə vəfat etmiş, bu səbəblə Validə sultan ola bilməmişdir. | |
Zərrinmələk xanım Baş iqbal |
abxaz | 1841-ci ildə Sultan Əbdülməcidlə Çırağan sarayında nikahlandı və baş iqbal olaraq hərəmə daxil oldu. Ertəsi il vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. Övladı olmamışdır. | |
Düzdidil xanım Baş iqbal |
ubıx | 1842-ci ildə Sultan Əbdülməcidlə Çırağan sarayında nikahlandı və ikinci iqbal olaraq hərəmə daxil oldu. Zərrinmələk xanımın vəfatıyla baş iqballığa yüksəldi. Ertəsi il yeganə övladı Cəmilə Sultanı dünyaya gətirdi. Vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. Ölümünün ardından qızı Pərəstu xanım tərəfindən böyüdüldü. | |
Nəsrin xanım Baş iqbal |
gürcü | Validə Bəzmialəm Sultan tərəfindən saraya alınmışdır. 1842-ci ildə Sultan Əbdülməcidlə nikahlandı və ikinci iqbal olaraq hərəmə daxil oldu. Ard-arda Şahzadə Ziyayəddin Əfəndini, Bəhicə Sultanı, əkiz Şahzadə Nizaməddin Əfəndi və Şahzadə Bahəddin Əfəndini dünyaya gətirsə də, bunlardan yalnız qızı yetkinlik yaşına çatdı. Düzdidil xanımın vəfatıyla baş iqballığa yüksəldi. Övladlarını ard-arda itirməsinin ardından səhhəti pisləşdi və gənc yaşda vəfat etdi. | |
Şayan Qadınəfəndi Dördüncü Qadınəfəndi |
ubıx | 1843-cü ildə Sultan Əbdülməcidlə Çırağan sarayında nikahlandı və yeddinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Övladı olmamışdır. Hoşyar xanımın vəfatıyla altıncı, Tirimüjgan xanımın vəfatıyla beşinci, Gülcamal xanımın vəfatıyla isə dördüncü qadınəfəndiliyə yüksəldi. Ərinin vəfatından sonra Fəriyə sarayına çəkildi və vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. | |
Ceylanyar xanım İkinci iqbal |
ubıx | 1847-ci ildə Sultan Əbdülməcidlə nikahlandı və üçüncü iqbal olaraq hərəmə daxil oldu. Yeganə övladı Şahzadə Rüşdü Əfəndini dünyaya gətirsə də, uşaq körpə yaşlarında vəfat etdi. Nəsrin xanımın vəfatıyla baş iqballığa yüksəldi. Çox keçmədən vərəm xəstəliyinə tutulub, gənc yaşda vəfat etdi. | |
Gülüstü Qadınəfəndi Beşinci Qadınəfəndi |
abxaz | 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə nikahlandı və beşinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda əkiz Zəkiyə Sultan və Fəhimə Sultanı, Mədihə Sultanı və Şahzadə Vahidəddin Əfəndini dünyaya gətirsə də, əkiz qızları körpə ikən vəfat etdi. Ərinin vəfatından sonra Fatehdəki köşkünə çəkildi və qısa müddət sonra burada vəfat etdi. Ölümünün ardından övladları Verdicanan xanım tərəfindən böyüdüldü. Oğlunun səltənətindən öncə vəfat etmiş, bu səbəblə Validə sultan ola bilməmişdir. | |
Rəhimə Pərəstu Sultan Altıncı Qadınəfəndi Validə sultan |
ubıx | Sultan Əbdülhəmidin qızlarından Əsma Sultan tərəfindən yetişdirildi. 20 yanvar 1856-cı ildə Sultan Əbdülməcidlə Çırağan sarayında nikahlandı və altıncı qadınəfəndi olaraq hərəmə daxil oldu. Övladı olmamışdır. Düzdidil xanımın vəfatının ardından onun qızı Cəmilə Sultanı, Tirimüjgan xanımın vəfatının ardından isə onun oğlu Şahzadə Əbdülhəmid Əfəndini himayəsinə aldı. Ərinin vəfatından sonra Maçkadakı köşkünə çəkildi. Ögey oğlu Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra onu Validə sultan elan etdi. Onun səltənətində özünə məxsus köşkdə vəfat etdi. | |
Nükət-səza Qadınəfəndi | |||
Mehtab Qadınəfəndi | |||
Bəzmi Qadınəfəndi | |||
Şayəstə Qadınəfəndi | |||
Navəkmisal xanım | |||
Sultan Əbdüləziz | Dürrünəv Qadınəfəndi Baş qadınəfəndi |
abxaz | Əsl adı Mələk olub, 20 may 1856-cı ildə Dolmabağça sarayında o illərdə hələ şahzadə olan Əbdüləziz Əfəndi ilə nikahlandı. İlk övladı Şahzadə İzzəddin Əfəndini gizlicə dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla baş qadınəfəndi ünvanı aldı və ertəsi il qızı Salehə Sultanı dünyaya gətirdi. Taxtdan endirilən əri Sultan Əbdüləzizlə birlikdə Fəriyə sarayına həbs olundu. Ərinin burada qətlə yetirilməsinin ardından burada yaşamasına icazə verildi və ömrünün sonunadək burada yaşadı. |
Ədadil Qadınəfəndi İkinci qadınəfəndi |
abxaz | 1861-ci ildə yenicə taxta çıxan Sultan Əbdüləzizə Validə Pərtəvniyal Sultan tərəfindən hədiyyə edilərək nikahlanmış və ikinci qadınəfəndi ünvanı almışdır. Bu səbəblə Cülus Qadınəfəndi olaraq tanınır. Ard-arda Şahzadə Cəlaləddin Əfəndi və Əminə Sultanı dünyaya gətirsə də, bunlardan kiçiyi körpə ikən vəfat etdi. Bütün ailə üzvlərini İstanbula gətirtmişdir. Qardaşının ani ölümündən sonra səhhəti pisləşərək gənc yaşda vəfat etmişdir. | |
Heyranıdil Qadınəfəndi İkinci qadınəfəndi |
abxaz / çərkəz | 21 sentyabr 1865-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə nikahlandı və üçüncü qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Nazimə Sultan və Şahzadə Əbdülməcid Əfəndini dünyaya gətirdi. Ədadil xanımın vəfatıyla ikinci qadınəfəndiliyə yüksəldi. Taxtdan endirilən əri Sultan Əbdüləzizlə birlikdə Fəriyə sarayına həbs olundu. Ərinin burada qətlə yetirilməsinin ardından Ortaköydəki sahilsarayında yaşamasına icazə verildi və ömrünün sonunadək burada yaşadı. | |
Neşərək Qadınəfəndi Üçüncü Qadınəfəndi |
ubıx | Əsl adı Nəsrin olub, 1868-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə nikahlandı və dördüncü qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Şahzadə Şövkət Əfəndi və Əminə Sultanı dünyaya gətirdi. Ədadil xanımın vəfatıyla üçüncü qadınəfəndiliyə yüksəldi. Taxtdan endirilən əri Sultan Əbdüləzizlə birlikdə Fəriyə sarayına həbs olundu və bu hadisələr əsnasında ağır təhqirlərə məruz qaldı. Ərinin burada qətlə yetirilməsi və baş verən hadisələrin ardından səhhəti pisləşərək qısa zamanda vəfat etdi. | |
Gövhəri Qadınəfəndi Dördüncü Qadınəfəndi |
abxaz | Əsl adı Əminə olub, 1872-ci ildə Dolmabağça sarayında Sultan Əbdüləzizlə nikahlandı və beşinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Ard-arda Əsma Sultanı və Şahzadə Seyfəddin Əfəndini dünyaya gətirdi. Ədadil xanımın vəfatıyla dördüncü qadınəfəndiliyə yüksəldi. Taxtdan endirilən əri Sultan Əbdüləzizlə birlikdə Fəriyə sarayına həbs olundu və bu hadisələr əsnasında ağır təhqirlərə məruz qaldı. Ərinin burada qətlə yetirilməsinin ardından Ortaköydəki sahilsarayında yaşamasına icazə verildi və ömrünün sonunadək burada yaşadı. Gənc yaşda vəfat etmişdir. | |
V Murad | Elaru Qadınəfəndi Baş qadınəfəndi |
gürcü | Əsl adı Mevhibə olub, 2 yanvar 1857-ci ildə Dolmabağça sarayında o illərdə hələ şahzadə olan Murad Əfəndi ilə nikahlandı. Övladı olmasa da, ərinin taxta çıxmasıyla baş qadınəfəndi ünvanı aldı. 3 ay sonra əqli zəifliyi səbəbilə taxtdan endirilən Sultan Muradla birlikdə Çırağan sarayına həbs olundu. Ərinin ölümünün ardından Şişlidəki köşkünə çəkildi və qalan ömrünü burada yaşadı. |
Rəftaridil Qadınəfəndi İkinci qadınəfəndi |
abadzex | Sultan Murad hələ şahzadə ikən 4 fevral 1859-cu ildə Dolmabağça sarayında onunla nikahlandı. Ard-arda Şahzadə Səlahəddin Əfəndi və Şahzadə Süleyman Əfəndini dünyaya gətirsə də, bunlardan kiçiyi körpə ikən vəfat etdi. Ərinin taxta çıxmasıyla ikinci qadınəfəndi ünvanı alsa da, 3 ay sonra əqli zəifliyi səbəbilə taxtdan endirilən Sultan Muradla birlikdə Çırağan sarayına həbs olundu. Ərinin ölümünün ardından oğlunun ailəsiylə birlikdə Ortaköydəki köşkünə çəkildi və qalan ömrünü burada yaşadı. 1934-cü ildə çıxan Soyad qanunu ilə Hatgil soyadını almışdır. | |
Şayan Qadınəfəndi Üçüncü Qadınəfəndi |
çərkəz | Əsl adı Safiyə olub, 5 fevral 1869-cu ildə Dolmabağça sarayında o illərdə hələ şahzadə olan Murad Əfəndi ilə nikahlandı. Ard-arda Xədicə Sultan və Şahzadə Seyfəddin Əfəndini dünyaya gətirsə də, bunlardan kiçiyi körpə ikən vəfat etdi. Saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi. Murad Əfəndinin isə artıq bir oğlu dünyaya gəlmişdi. Bu səbəblə körpə qızıyla birlikdə Kadıköydəki bir köşkdə gizlicə yaşadı. Ərinin taxta çıxmasıyla üçüncü qadınəfəndi ünvanı alsa da, 3 ay sonra əqli zəifliyi səbəbilə taxtdan endirilən Sultan Muradla birlikdə Çırağan sarayına həbs olundu. Sultan Əbdülhəmidin icazəsiylə evləndirilən qızı Xədicə Sultanla birlikdə Çırağan sarayından ayrıldı və qızıyla yaşamağa davam etdi. Ancaq Osmanlı xilafətinin ləğvinin ardından sürgün edilən qızından ayrıldı və Ortaköydəki köşkünə çəkilərək qalan ömrünü burada yaşadı. Ömrünün son illərində əqli səhhəti pozuldu. | |
Meylisərvət Qadınəfəndi Dördüncü Qadınəfəndi |
çərkəz | Sultan Murad hələ şahzadə ikən 8 iyun 1874-cü ildə Dolmabağça sarayında onunla nikahlandı. Ertəsi il yeganə övladı Fəhimə Sultanı dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla dördüncü qadınəfəndi ünvanı alsa da, 3 ay sonra əqli zəifliyi səbəbilə taxtdan endirilən Sultan Muradla birlikdə Çırağan sarayına həbs olundu. Burada ərindən bir il öncə vəfat etdi. | |
Rəzan Qadınəfəndi Baş iqbal |
gürcü | Sultan Əbdülməcidin qızlarından Səniha Sultan tərəfindən yetişdirildi. Sultan Muradın taxtdan endirilərək həbs tutulduğu illərdə, 2 noyabr 1877-ci ildə Çırağan sarayında onunla nikahlandı və baş iqbal ünvanı aldı. Ard-arda Fatma Sultan və Aliyə Sultanı dünyaya gətirdi. Ərinin vəfatından sonra da Çırağan sarayında tutulsa da, Sultan Rəşad dövründə dövlət tərəfindən təsis edilən bir evə köçürüldü və qısa zaman sonra burada vəfat etdi. | |
Gövhəriz xanım İkinci iqbal |
ubıx | 1879-cu ildə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamış, ögey övladlarına fransızca dərs vermişdir. Ərinin vəfatından sonra Bursaya göndərilmiş, daha sonra İstanbula qayıdaraq burada keçmiş saray xidmətkarlarından Hüsnü bəylə evlənmişdir. | |
Nəvdür xanım Üçüncü iqbal |
gürcü | 1880-ci ildə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamışdır. Ərinin vəfatının ardından Bursaya göndərilmiş, daha sonra İstanbuldakı ögey qızı Xədicə Sultana sığınmışdır. | |
Rəmsşinaz xanım Dördüncü iqbal |
çərkəz | Əsl adı Fəhimə olub, 1880-ci illərdə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamışdır. Ərinin vəfatından sonra Bursaya göndərilmiş, daha sonra İstanbula qayıtmışdır. | |
Filiztən xanım Beşinci iqbal |
abxaz | 1887-ci ildə Çırağan sarayında həbs tutulan Sultan Muradla evlənmişdir. Övladı olmamışdır. Ərinin vəfatının ardından Bursaya göndərilmiş, daha sonra İstanbuldakı ögey qızı Fatma Sultana sığınmışdır. | |
II Əbdülhəmid | Nazikəda Qadınəfəndi Baş qadınəfəndi |
abxaz | Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultan tərəfindən yetişdirildi. Bacısının icazəsini alan Sultan Əbdülhəmid hələ şahzadə ikən 1863-cü ildə onunla Dolmabağça sarayında nikahlandı. 5 il sonra yeganə övladı Ülviyyə Sultanı dünyaya gətirsə də, uşaq 7 yaşında ikən faciəvi şəkildə vəfat etdi. Ərinin taxta çıxmasıyla baş qadınəfəndi ünvanı aldı. Qalan ömrünü sarayda keçirdi. |
Nurəfsun xanım İkinci qadınəfəndi |
çərkəz | Sultan Əbdülməcidin xanımlarından Ulduz xanımın bacısı olub, onunla birlikdə saraya alınmışdır. 1868-ci ilin oktyabrında o əsnada şahzadə olan Əbdülhəmid Əfəndiylə Sultan Əbdüləzizdən gizli şəkildə nikahlanmışdır. Ərinin taxta çıxmasıyla İkinci qadınəfəndi ünvanı aldı. Kəskin qısqanclığı səbəbilə 3 il sonra — 26 iyun 1879-cu ildə boşandılar. Övladı olmamışdır. Dərhal saray xidmətçilərindən Esvapçı Saffet bəylə evləndirilsə də, əriylə ayrı-ayrı evlərdə yaşadı. Qalan ömrünü ona təsis olunan köşkdə keçirdi. | |
Bədrifələk Qadınəfəndi Baş qadınəfəndi |
çərkəz | Sultan Əbdülhəmid hələ şahzadə ikən 15 noyabr 1868-ci ildə onunla nikahlandı. Ard-arda Şahzadə Səlim Əfəndi, Zəkiyə Sultan və Şahzadə Nuri Əfəndini dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla Üçüncü qadınəfəndi ünvanı alsa da, Nurəfsun xanımın boşanmasından sonra İkinci qadınəfəndiliyə, Nazikəda xanımın vəfatıyla isə baş qadınəfəndiliyə yüksəldi. Ərinin taxtdan endirilməsindən sonra oğullarıyla birlikdə bir müddət qızı Zəkiyə Sultanın sarayında, daha sonra Beşiktaşdakı sahilsarayında yaşadı. Osmanlı xilafətinin ləğvinin ardından sürgün edilən övladlarından ayrıldı və burada yaşamağa davam etdi. | |
Bidar Qadınəfəndi İkinci qadınəfəndi |
kabardalı | Sultan Əbdülhəmid hələ şahzadə ikən 2 sentyabr 1875-ci ildə onunla nikahlandı. Ard-arda Naimə Sultan və Şahzadə Əbdülqadir Əfəndini dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla dördüncü qadınəfəndi ünvanı alsa da, Nurəfsun xanımın boşanmasından sonra üçüncü qadınəfəndiliyə, Nazikəda xanımın vəfatıyla isə ikinci qadınəfəndiliyə yüksəldi. Ərinin taxtdan endirilməsindən sonra qalan ömrünü Ərənköydəki köşkündə yaşadı. | |
Dilpəsənd Qadınəfəndi Üçüncü Qadınəfəndi |
gürcü | Haqqında çox az məlumat var. 10 aprel 1884-cü ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və dördüncü qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı olan Nailə Sultanı dünyaya gətirdi. Nazikəda xanımın vəfatıyla üçüncü qadınəfəndiliyə yüksəldi. Gənc yaşda vəfat etmişdir. | |
Məzidə Qadınəfəndi Üçüncü Qadınəfəndi |
abxaz | Sultan Vahidəddinin xanımlarından Nazikəda xanımın bibisi qızı olub, onunla birlikdə saraya alınmışdır. 2 fevral 1885-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə nikahlandı və beşinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Şahzadə Burhanəddin Əfəndini dünyaya gətirdi. Nazikəda xanımın vəfatıyla dördüncü, Dilpəsənd xanımın vəfatıyla üçüncü qadınəfəndiliyə yüksəldi. Gənc yaşda vəfat etmişdir. | |
Əmsalinur Qadınəfəndi Üçüncü Qadınəfəndi |
abxaz | 20 noyabr 1885-ci ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və altıncı qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Şadiyə Sultanı dünyaya gətirdi. Nazikəda xanımın vəfatıyla beşinci, Dilpəsənd xanımın vəfatıyla dördüncü, Məzidə xanımın vəfatıyla isə üçüncü qadınəfəndiliyə yüksəldi. Ərinin taxtdan endirilməsindən sonra qalan ömrünü Nişantaşındakı köşkündə yaşadı. 1934-cü ildə çıxan Soyad qanunu ilə Qaya soyadını almışdır. | |
Müşfiqə Qadınəfəndi Dördüncü Qadınəfəndi |
abxaz | Əsl adı Ayşə olub, 12 fevral 1886-cı ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və yeddinci qadınəfəndi olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Aişə Sultanı dünyaya gətirdi. Nazikəda xanımın vəfatıyla altıncı, Dilpəsənd xanımın vəfatıyla beşinci, Məzidə xanımın vəfatıyla isə dördüncü qadınəfəndiliyə yüksəldi. Ərinin taxtdan endirilməsindən sonra onunla birlikdə Salonikiyə sürgün edildi. 1912-ci ilədək Salonikidə, ardından əriylə birlikdə Bəylərbəyi sarayında həbs tutuldu. Ərinin ölümündən sonra qızının yanında yaşadı. Osmanlı xilafətinin ləğvinin ardından sürgün edilən qızından ayrıldı və İstanbulda yaşamağa davam etdi. | |
Sazkar xanım Baş iqbal |
abxaz | 31 avqust 1890-cı ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və baş iqbal olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Rəfiyə Sultanı dünyaya gətirdi. Ərinin taxtdan endirilməsindən sonra onunla birlikdə Salonikiyə sürgün edilsə də, sürgün həyatına yalnız bir il dözə bildi. Ertəsi il qızıyla birlikdə İstanbula qayıtdı və Peyvəstə xanımla birlikdə Şişlidə bir köşkdə yaşamağa başladı. Osmanlı xilafətinin ləğvinin ardından qızıyla birlikdə sürgün edildi və sürgündə ikən Dəməşqdə vəfat etdi. | |
Peyvəstə Qadınəfəndi İkinci iqbal |
abxaz | Əsl adı Rabiyə olub, 24 yanvar 1893-cü ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və ikinci iqbal olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Şahzadə Hayri Əfəndini dünyaya gətirdi. Ərinin taxtdan endirilməsindən sonra onunla birlikdə Salonikiyə sürgün edilsə də, sürgün həyatına yalnız bir il dözə bildi. Ertəsi il oğluyla birlikdə İstanbula qayıtdı və Sazkar xanımla birlikdə Şişlidə bir köşkdə yaşamağa başladı. Osmanlı xilafətinin ləğvinin ardından oğluyla birlikdə sürgün edildi və sürgündə ikən Parisdə vəfat etdi. | |
Fatma Pəsənd xanım Üçüncü iqbal |
abxaz | Əsl adı Fatma Kadriyə olub, 20 iyul 1896-cı ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və üçüncü iqbal olaraq hərəmə daxil oldu. Ertəsi il yeganə övladı Xədicə Sultanı dünyaya gətirsə də, uşaq körpə ikən vəfat etdi. Ərinin taxtdan endirilməsindən sonra onunla birlikdə Salonikiyə sürgün edilsə də, sürgün həyatına yalnız bir il dözə bildi. Ertəsi il İstanbula qayıtdı və ailəsiylə birlikdə Vaniköydəki köşkdə yaşamağa başladı. Qalan ömrünü burada yaşadı. | |
Bəhicə Qadınəfəndi Dördüncü iqbal |
abxaz | Əsl adı Behiyə olub, Sazkar xanımın əmisi qızıdır. İlk öncə Şahzadə Burhanəddin Əfəndiylə evləndirilmək istənilsə də, 10 may 1900-cü ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və dördüncü iqbal olaraq hərəmə daxil oldu. Ertəsi il əkiz oğulları Bədrəddin Əfəndi və Nurəddin Əfəndini dünyaya gətirsə də, bunlardan biri 2 yaşında ikən vəfat etdi. Ərinin taxtdan endirilməsindən sonra İstanbulda qaldı. Osmanlı xilafətinin ləğvinin ardından oğluyla birlikdə Neapola sürgün edildi. Uzun müddət burada ağır şəraitdə yaşadıqdan sonra oğlunun vəfatıyla ağlını itirdi. Ailəsinin köməyilə İstanbula gətirildi və burada vəfat etdi. | |
Naciyə Qadınəfəndi Beşinci Qadınəfəndi |
abxaz | Əsl adı Zəliha olub, 4 noyabr 1904-cü ildə Yıldız sarayında Sultan Əbdülhəmidlə nikahlandı və beşinci iqbal olaraq hərəmə daxil oldu. Ard-arda Şahzadə Abid Əfəndi və Səmiyə Sultanı dünyaya gətirdi. Qızının doğumundan sonra, saray ənənələrinə zidd olaraq beşinci qadınəfəndiliyə yüksəldi. Ancaq ertəsi il qızı körpə ikən vəfat etdi. Ərinin taxtdan endirilməsindən sonra onunla birlikdə Salonikiyə sürgün edildi. 1912-ci ilədək Salonikidə, ardından əriylə birlikdə Bəylərbəyi sarayında həbs tutuldu. Ərinin ölümünün ardından Ərənköydəki köşkünə çəkidl və qalan ömrünü burada yaşadı. | |
V Mehmed Rəşad | Kamurəs Qadınəfəndi Baş qadınəfəndi |
ubıx | Sultan Rəşad hələ şahzadə ikən 30 sentyabr 1872-ci ildə onunla Çırağan sarayında nikahlandı. Ertəsi il yeganə övladı Şahzadə Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla baş qadınəfəndi ünvanı aldı. Sarayda verilən rəsmi dövlət ziyafətlərində iştirak etmişdir. Sultan Rəşadın vəfatından sonra ögey oğlu Şahzadə Nəcməddin Əfəndinin Beşiktaş, Quruçeşmədəki sahil sarayında yaşadı və burada vəfat etdi. |
Dürrüadən Qadınəfəndi İkinci qadınəfəndi |
ubıx | Əsl adı Xədicə olub, 10 oktyabr 1876-cı ildə hələ şahzadə olan Rəşad Əfəndiylə nikahlandı və Çırağan sarayına alındı. 2 il sonra şikəst doğulan yeganə övladı Şahzadə Nəcməddin Əfəndini dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla İkinci qadınəfəndi ünvanı alsa da, o əsnada vərəm idi və bir neçə ay sonra vəfat etdi. | |
Mihrəngiz Qadınəfəndi İkinci qadınəfəndi |
ubıx | Əsl adı Fatma olub, 4 aprel 1887-ci ildə hələ şahzadə olan Rəşad Əfəndiylə nikahlandı. Ertəsi il yeganə övladı Şahzadə Hilmi Əfəndini dünyaya gətirdi. Ərinin taxta çıxmasıyla Üçüncü qadınəfəndi ünvanı alsa da, qısa müddət sonra Dürrüadən xanımın vəfatıyla İkinci qadınəfəndiliyə yüksəldi. Sultan Rəşadın vəfatından sonra oğluyla birlikdə Nişantaşındakı sarayda yaşamağa başladı. Osmanlı xilafətinin ləğvinin ardından oğluyla birlikdə sürgün olundu və qalan ömrünü İsgəndəriyyədə yaşadı. | |
Nazpərvər xanım Üçüncü qadınəfəndi |
abxaz | Əsl adı Əminə olub, Sultan Əbdüləzizin xanımlarından Dürrünəv xanımın bacısı qızıdır. Onun himayəsində böyüdü və xidmətində çalışdı. Sultan Əbdüləzizin devrilməsi və daha sonra qətlə yetirilməsi hadisələrinə şahidlik etdi. 1888-ci ildə hələ şahzadə olan Rəşad Əfəndiylə nikahlandı. Ertəsi il yeganə övladı Rəfiyə Sultanı dünyaya gətirsə də, uşaq körpə ikən vəfat etdi. Ərinin taxta çıxmasıyla Dördüncü qadınəfəndi ünvanı alsa da, qısa müddət sonra Dürrüadən xanımın vəfatıyla Üçüncü qadınəfəndiliyə yüksəldi. Sultan Rəşadın vəfatından sonra qalan ömrünü ailəsiylə yaşadı. | |
Dilfirib xanım Baş iqbal |
çərkəz | Haqqında çox az məlumat var. 1907-ci ildə Dolmabağça sarayında hələ şahzadə olan Rəşad Əfəndiylə nikahlandı. Bu nikahından övladı olmadı. Ərinin taxta çıxmasıyla baş iqbal ünvanı aldı. 1916-cı ildə Məcidiyyə ordeniylə mükafatlandırılmışdır. Sultan Rəşadın vəfatından sonra bir müddət Yıldız sarayında qaldı. Daha sonra 1925-ci ildə bir həkimlə evlənərək saraydan ayrıldı və bu nikahdan bir oğlu dünyaya gəldi. | |
VI Mehmed Vahidəddin | Nazikəda Qadınəfəndi Baş qadınəfəndi |
abxaz | Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultan tərəfindən yetişdirildi. Bir daha evlənməməsi şərtiylə, bacısının icazəsini alan Sultan Vahidəddin hələ şahzadə ikən 8 iyun 1885-ci ildə onunla Çırağan sarayında nikahlandı. Ard-arda dünyaya gətirdiyi 3 qız uşağının ardından səhhəti pisləşdi və bir daha övladının olmayacağı anlaşıldı. Bu səbəblə, Sultan Vahidəddinin yenidən evlənməsinə icazə verdi. Osmanlı səltənətinin ləğvindən sonra 2 il boyunca Fəriyə sarayında həbs olundu. Ardından 10 mart 1924-cü ildə sürgünə göndərildi. Öncə Sultan Vahidəddinlə birlikdə San-Remoda, onun ölümündən sonra qızı Ülviyə Sultanla birlikdə Fransada yaşadı. 1929-cu ildə qızıyla birlikdə Qahirəyə köçdü və ölümünədək burada yaşadı. |
İnşirah xanım | ubıx | Əsl adı Səniyə olub, 8 iyul 1905-ci ildə hələ şahzadə olan Sultan Vahidəddinlə nikahlandı və Çəngəlköydəki Vahidəddin köşkünə alındı. Dürrüadən Qadınəfəndinin qardaşı qızıdır. Kəskin qısqanclığı səbəbilə 2 il sonra — 17 noyabr 1909-cu ildə boşandılar. Övladı olmamışdır. Osmanlı səltənətinin və xilafətinin ləğvindən sonra sürgün edilənlər siyahısında adı olmasa da, bilinməyən səbəblə o da ölkəni tərk etdi. Qahirədə yaşasa da, bir müddət sonra San-Remodakı keçmiş ərinin yanına getdi. Ancaq Sultan Vahidəddinin yavəri olan qardaşı Zəki bəyin müdaxiləsi ilə buradan qovuldu və yenidən Qahirəyə döndü. Çox keçmədən burada özünü Nil çayına ataraq intihar etdi. | |
Müvəddət Qadınəfəndi İkinci qadınəfəndi |
abxaz | Əsl adı Şadiyə olub, 24 aprel 1911-ci ildə Sultan Vahidəddinlə nikahlandı və Çəngəlköydəki Vahidəddin köşkünə alındı. Nəvvarə xanımın qohumudur. Sultan Vahidəddinin yeganə oğlu Ərtoğrul Əfəndini dünyaya gətirərək ikinci qadınəfəndi ünvanı aldı. Osmanlı səltənətinin ləğvindən sonra 2 il boyunca Fəriyə sarayında həbs olundu. Ardından 10 mart 1924-cü ildə sürgünə göndərildi. Öncə Sultan Vahidəddinlə birlikdə San-Remoda, onun ölümündən sonra ögey qızı Ülviyə Sultanla birlikdə Fransada yaşadı. 1929-cu ildə İsgəndəriyyəyə köçdü və burada 1932-ci ildə Eminpaşazadə Şakir bəylə nikahlandı. Ancaq 28 fevral 1936-cı ildə boşandı. 1948-ci ildə İstanbula qayıtdı və ertəsi il Türkiyə vətəndaşlığını alaraq Müvəddət Çiftçi adını aldı. | |
Nəvvarə xanım Baş iqbal |
abxaz | Əsl adı Ayşə olub, 20 iyun 1918-ci ildə Sultan Vahidəddinlə nikahlandı və baş iqbal olaraq Dolmabağça sarayına alındı. Müvəddət Qadınəfəndinin qohumudur. Osmanlı səltənətinin və xilafətinin ləğvindən sonra İstanbulda qalsa da, San-Remoda sürgündə olan Sultan Vahidəddinə yazdığı məktubla boşanmasını tələb etdi. Beləcə, 20 may 1924-cü ildə boşanaraq 2 il sonra tacir Mövlud Sönməzlərlə evləndi və adını Leyla Sönməzlər olaraq dəyişdirdi. Heç bir nikahından övladı olmamışdır. | |
Nəvzad xanım İkinci iqbal |
türk | Əsl adı Nemət olub, 1 sentyabr 1921-ci ildə Sultan Vahidəddinlə nikahlandı və ikinci iqbal olaraq Yıldız sarayına alındı. İlk nikahından övladı olmamışdır. Osmanlı səltənətinin və xilafətinin ləğvindən sonra İstanbulda qalsa da, Sultan Vahidəddinin San-Remodan yazdığı məktubla onun yanına getdi. Sultan Vahidəddinin vəfatının ardından İstanbula döndü və 1928-ci ildə Ziya Səfəroğlu ilə evləndi. Bu nikahından Sidiqə Səlcuq adlı bir qızı, Şaban Mustafa adlı bir oğlu dünyaya gəldi. | |
Osmanlı səltənəti ləğv edildi | |||
Xəlifə Əbdülməcid Əfəndi | Şahsüvar Qadınəfəndi Baş qadınəfəndi |
ubıx | 22 dekabr 1896-cı ildə hələ şahzadə olan Əbdülməcid Əfəndiylə nikahlandı və Çəngəlköydəki Vahidəddin köşkünə alındı. |
Hayrunnisə Qadınəfəndi | |||
Məhisti Qadınəfəndi |